backend

Daha bir nazir gey olduğunu etiraf etdi

Daha bir nazir gey olduğunu etiraf etdi






















“Bilirəm ki, indi meqaisterika başlayacaq”.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç rəsmi şəkildə etiraf edib ki, o, homoseksualistdir.

Bu barədə o, Twitter mikrobloqunda bildirib, qaynarxett.az xəbər verir.

“Bilirəm ki, indi meqaisterika başlayacaq, amma mən fəxr edirəm ki, mən geyəm”, - xarici siyasət idarəsinin rəhbəri yazıb.

“Bizim ölkədə bütün növ münasibətlər üçün hüquqi tənzimlənməni tətbiq etmək lazımdır. Mən bunun üçün mübarizə aparacam”, - o, əlavə edib.

Qeyd edək ki, əvvəllər Almaniyanın xarici işlər naziri Gido Vestervelle də gey olduğunu bəyan etmişdi.