backend

Xocahəsəndə “Çinar” otelində fahişələr soyulub- Polis əxlaqsız yuvada niyə əməliyyat keçirmir

Xocahəsəndə “Çinar” otelində fahişələr soyulub- Polis əxlaqsız yuvada niyə əməliyyat keçirmir
Bir neçə gün əvvəl Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən oteldə baş verən hadisə bir çox qaranlıq mətləblərdən xəbər verdi.

Beləki “Çinarli” otelə dincəlməyə gələn Vüsal adlı şəxs gətiridyi qızları döyüb sonra isə onları soyaraq aradan çıxıb. Zərərçəkmişlər Vüsalə Yusubova və Ayşən Quliyeva 40-cı Polis Bölməsinə şikayət edərək bildiriblər ki, Vüsal onların ümumilikdə 500 manat pulunu soyğunçuluq yolu ilə əllərindən alıb.

Faktla bağlı hər iki qızın ifadəsi alınıb və təhqiqat araşdırmalarına başlanılıb. Zərərçəkənlər xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.

Döyülən qızların yüngül əxlaqlı, pul müqabilində kişilərlə görüşən qızlar olması sirr deyil.

Azerinfo.az xəbəır verir ki, “Çinarlı” otelinin əxlaqsız yuva kimi fıəaliyyət göstərməsilə bağlı mətbuatda xeyli yazı gedib. Və son olay sadəcə bu faktı təsdiqlədi.

Xatırlatma vermək istərdik; Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, otel və mehmanxanalarda cütlüklərdən nikah haqqında şəhadətnamənin tələb olunması qanuna zidd deyil və təhlükəsizlik məsələləri üçün vacibdir: "Bu məzmunda qayda sovet dönəmində də olub, amma nikah haqqında şəhadətnamə tələb olunmayıb. Ona görə ki, köhnə sovet pasportlarında vətəndaşın kiminlə ailəli olduğu orada qeyd edilirdi. Ona görə də ər və arvadın pasportunu təqdim etməsi kifayət idi. Hazırda isə otellərdə, istirahət mərkəzlərində əxlaqsızlıqla məşğul olanların sayı çox olduğuna görə nikah haqqında şəhadətnamənin tələb olunması normaldır. Bu qayda-qanun yaratmaqla bərabər insan alverinə qarşı mübarizə, əxlaqsızlığın qarşısının alınmasına yönəlib". bu sözlər yəqin ki, otel və mehmanxana sahiblərinin yadındadır. Belə qaydalar tətbiq olunmasa, mehmanxanalar pritona çevrilər: Qonaq evləri, otellərdə anket sisteminin olması, müvafiq sənədlərin tələbi məhz xoşagəlməz halların qarşısını almaq üçündür. Bura qonağın hər hansı əşyanı ititrmə ehtimalından tutmuş, hər hansı şübhələrinə son qoymağadək bir çox məsələlər daxildir. Bütün otellərdə anket tələb olunması qaydası sovet dönəmindən var və bütün qonaqlar mehmanxanaya gəldiyi günün sonunadək qeydiyyata düşməlidir".

Dəfələrlə hotellərdə baş verən cinayət hadisələri, içkili və ya zor tətbiq etməklə cinsi istismar faktları da bu gün gündəmdədir.

Mülki Məcəllədə mehmanaxanalarda əşyaların saxlanması ilə bağlı maddə var: "Bu isə Mülki Məcəllənin 450-ci maddəsi ilə tənzimlənir.

Hamıya bəllidir ki, bu obyektlərdə müəyyən şəxslərin əxlaqsız hərəkətlərə məşğul olması faktı var.

Bəzi saytlarda isə bu oteldəki nömrələrdə gizli kameraların quraşdırıldığı və müştərilərin şantaj edildiyi deyilir.

Hesab edirik ki, polis orqanları bu otellə bağlı tədbir görməlidirlər.

qaynarxett.az