backend

Rusiyada erməni məmuru güllələdi

Rusiyada erməni məmuru güllələdi






















Zakaryan saxlanılıb.

Federal Miqrasiya Xidməti İdarəsinin Moskva üzrə rəis müavini Nikolay Azarov Yakutiyada ov zamanı güllələnib, TASS hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən bildirib.

Oxu.Az xəbər verir ki, Azarov Yakutiyada özəl səfərdə olub.

İnsident çərşənbə günü noyabrın 5-də baş verib, Ulaxan-An Xanqalass rayonundan 30 kilometr uzaqlıqda yerləşən Xarıyalax-Yuryax adlı məkanda ov zamanı baş verib. Azarovun dostu, “MSİTİ-Development” tikinti şirkətinin direktoru Armen Zakaryan, avtomobilin salonunda təsadüfən tüfəngdən atəş açıb. Məmur aldığı yaradan yerindəcə həlak olub.

Hal-hazırda Zakaryan saxlanılıb, ona dair cinayət işi açılıb. İstintaq aparılır.
İdarənin saytında nekroloq dərc edilib. “2014-cü ilin noyabr ayının 5-də faciəvi şəkildə daxili xidmət polkovniki, Federal Miqrasiya Xidməti İdarəsinin Moskva üzrə rəis müavini Azarov Nikolay Petroviç həlak olub”, məlumatda deyilir.

Hadisənin təfərrüatları açıqlanmır. Nekroloqdan aydın olur ki, Azarov 43 yaşında dünyasını dəyişib.