backend

Azərbaycan İŞİD-çi: Qadınlar bizi görəndə qorxurlar – VİDEO

Azərbaycan İŞİD-çi: Qadınlar bizi görəndə qorxurlar – VİDEO






















“Azərbaycanın qorxusu Xəttab”.

İŞİD sıralarında döyüşən azərbaycanlıların yeni görüntüləri yayılıb.

qaynarxett.az xəbər verir ki, görüntülər İŞİD üzvlərinin yemək yedikləri vaxt çəkilib.

İŞİD üzvlərini lentə alan şəxs özünün Azərbaycandan olduğunu deyir və bildirir ki, süfrə arxasında əyləşənlər arasında ərəb, özbək, tacik, qazax və başqa millətlərdən olan “qardaşlar” var.

İŞİD yaraqlısının sözlərinə görə, onların bütün işləri yaxşıdır, lakin bircə zövcə (yəni, həyat yoldaşı, qadın - red.). problemləri var:

“Qadınlar nəyə görəsə, bizi görəndə qorxurlar. Əvvəl belə deyildi, Zəkəriyyə gəldikdən sonra belə oldu (zarafat edirlər - red.)”.

Yaraqlı isə özünü “Azərbaycanın qorxusu Xəttab” kimi təqdim edir:

“Azərbaycanda əlimdən bezmişdilər. Çıxdım gəldim bura, canları qurtardı məndən. Ordakı kafirlər (Azərbaycan vətəndaşları – red.) rahatlanmasınlar. Bir də gördün ordan da çıxdım”.