backend

Məşhur aktyor həyat yoldaşını döydü: o, kor ola bilər - VİDEO

Məşhur aktyor həyat yoldaşını döydü: o, kor ola bilər - VİDEO






















Əri onu sevdiyini söyləyir.

Məlum olub ki, Marat Başarov həyat yoldaşı Yekaterina Arxarovanı döyüb.

qaynarxett.az xəbər verir ki, bu barədə qadın ona baş çəkməyə gələn “Pust qovoryat” verilişinin aparıcısı Andrey Malaxova danışıb.

Marat Başarovun həyat yoldaşını döyməsinə həsr olunan verilişin çəkilişlərində noyabr ayının 8-də yazıçı və ictimai xadim Mariya Arbatova da olub. Bir müddət sonra o, öz bloqunda ailə zorakılığı barədə yazıb.

Yazıçının sözlərinə görə Başarov həbs edilə bilər.

“Bu gün Yekaterina Arxarovanın hüquqşünası ilə danışmışam – kiçik, amma dəqiq həbs üçün əsas yetərincədir. İş ondadır ki, Yekaterina pis vəziyyətdədir, bir ay keçməsinə baxmayaraq, Malaxov ilə müsahibədən sonra hərarəti qalxıb” – Arbatova yazıb.

Onun sözlərinə görə Marat Başarovun həyat yoldaşı Yekaterina Arxarova baş verənlərdən özünə gələ bilmir. Bundan başqa, qadının görmə qabiliyyəti zəifləməyə başlayır.

“Əslində hər şey çox ciddidir, sağlığında olan problem ilbəil güclənəcək. Əzilmiş gözündə artıq görmə qabiliyyətini itirir, Başarovun kəlləsi ilə vurulan burnu isə yerinə oturdulub, amma əməliyyat tələb edilir. Əgər Başarovu alkoqolizmdən müalicə etməsələr, nəticələr acınacaqlı olacaq”- Arbatova yazıb.

Marat Başarovun həyat yoldaşını döyməsi iki həftə öncə məlum olub. Spirtli içkinin təsiri altında olan aktyor arvadını vəhşicəsinə döyüb, burnunu sındırıb və demək olar ki, çılpaq vəziyyətdə evdən küçəyə atıb.

Keçən həftə Yekaterina Arxarova xəbər verib ki, boşanmaq üçün ərizə verib. Buna cavab olaraq Marat Başarov KİV-dən birinə bildirib ki, arvadını çox sevir və ayrılmaq fikrində deyil.