backend

ƏHALİYƏ BƏD XƏBƏR - Bax bunu heç kim gözləmirdi- Son Dəqiqə

ƏHALİYƏ BƏD XƏBƏR - Bax bunu heç kim gözləmirdi- Son Dəqiqə

Ekspertlər vəziyyətin qısa müddət sonra dəyişəcəyini ehtimal edirlər

Son hərracda manatın cüzi bahalaşması hökumətin bu istiqamətdə müsbət səyi kimi qiymətləndirilir. Həmçinin bildirilir ki, Mərkəzi Bank manatın qismən sabitliyinə nail ola bilər. Bunun üçün Dövlət Neft Fondundan ayrılan vəsaiti istifadə etməlidir. Fevralın 2-də keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşıb. Əksər ekspertlər manatın qiymət artımının müvəqqəti olduğu qənaətindədirlər.

Ekspert Vüqar Bayramov bildirib ki, indiki məqamda manatın məzənnəsini uzun müddətli dövrdə proqnozlaşdırmaq çox çətindir:

"Çünki birmənalı şəkildə manat bazası azalıb. Eyni zamanda, son günlər dollara olan tələbin də azalması müşahidə olunur. Son hərracda manatın möhkəmlənəcəyi öncədən bəlli idi. Kommersiya bankları hərracdan əvvəlki iki gündə məzənnəni aşağı salmışdılar. Bu isə o deməkdir ki, dollara tələb azalmışdı. Dollara tələb azaldığı üçün artıq hərracda dolların daha aşağı məzənnəsi ilə kursu müəyyənləşdirə bildilər. Tələbin azalması onunla bağlıdır ki, ümumiyyətlə yanvar-fevral aylarında dollara tələbat yüksək olmur. Çünki yanvar-fevral aylarında həm idxal azalır, birmənalı şəkildə dollara tələb azalır. Maliyyə ili yeni başladığı üçün büdcədən ayırmalar böyük olmur. Təşkilatların da borc öhdəlikləri yüksək olmur. Borc öhdəlikləri maliyyə ilinin sonuna doğru qapadılır. Bu da dollara tələbi azaldır. Mərkəzi Bank da depozit hərracı vasitəsi ilə manatın dövriyyədən yığılması prosesini həyata keçirir. Manatın azlığı da dollara tələbin azalmasına təsir göstərir. Həmçinin Dövlət Neft Fondu tərəfindən yanvar ayında hərraca çıxarılan vəsaitə baxdıqda, məlum olur ki, tələb az idi. Kommersiya banklarının hərracda tələbi şişirdilmiş olduğuna görə, bu, hərraclarda real satılan dolların məbləğinin azalmasına gətirib çıxarıb. Həmçinin manatın məzənnəsinin möhkəmlənməsinin qlobal səbəbi də var. FES uçot dərəcəsini artırmadı. Tramp hökuməti dolların ucuzlaşma siyasətində maraqlı olduğunu göstərir, bu da dollara təsir edir. Dövlət Neft Fondu 2017-ci ildə Mərkəzi Banka 7,5 milyard manat transfer edəcək. Mərkəzi Bank bundan manatın ucuzlaşmasının qarşısını almaq üçün istifadə edə bilər. Manatın məzənnəsi həmin vəsaitin hərraca çıxarılmasından asılı olacaq. Bu vəsait valyuta bazarında tarazlıq yarada bilər".
ƏHALİYƏ BƏD XƏBƏR - Bax bunu heç kim gözləmirdi- Son Dəqiqə
Qeyd edək ki, yanvarın 5-də ilk hərracda dollar/manat cütlüyü 1,7707 səviyyəsində müəyyən olunsa da, ayın son günündə bu rəqəm 1,9165 olub. Bu isə manatın 30 gün ərzində dollara qarşı 8,23 faiz zəifləmə deməkdir. Lakin yerli analitiklərdən biri dolların manata qarşı gələn aylarda 10 faiz ucuzlaşaraq 1,80 olacağı qənaətindədir. Buna səbəb kimi neft qiyməti, yeni ABŞ prezidentinin qərarları ilə bağlı qlobal bazarda dollara təsirini əsas gətirmişdilər. Əlavə olaraq, ekspertlətin fikrincə, rəsmi məzənnənin 2017-ci ildə 1,80-2,00 AZN/USD diapazonunda qalacağı ehtimal olunur.

Manatın məzənnəsinin FES-in qərarından asılılığı təhlükəsi olsa da, fevral ayında FES uçot dərəcəsini dəyişməyib. Ancaq baş ofisi Nyu-Yorkda yerləşən beynəlxalq investisiya şirkəti "BlackRock"ın baş investisiya rəsmisi Rick Reider FES-in bu il faizləri 4 dəfə artıracağını deyib. Reider "əgər FES mart ayında faiz artırsa, 2017-ci ildə 4 faiz artımı görə bilərik. İqtisadi göstəricilər yardımçı olmağa davam etdiyi müddətdə ən azı 3 faiz artırımı çox böyük ehtimaldır",- deyə bildirib.

Hazırda Bakıda "qara bazar"da dolların alış qiyməti 1,90 manat, satış qiyməti isə 1,92 manatdır. Dollar satan banklarda isə satış qiyməti 1,9250-1,95 manat arasında dəyişir. Məsələn, "KapitalBank" 1,9250 manatdan, "Unibank" 1,9350 manatdan, NBC Bank 1,93 manatdan limitsiz dollar satır. Banklarda dolların alış qiyməti 1,87-1,91 manat arasında dəyişir.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, sürətlə davam edən devalvasiya sadəcə, bir gediş ola bilərdi. Məqsəd dolları baha satmaqla saxlanılan manatı yığmaq ola bilərdi: "Bu baxımdan bir müddətdən sonra dolların məzənnəsinin geriyə dönüşü mümkün görünürdü. Amma bu da qısamüddətli zamanda ola bilər. Uzunmüddətli perspektivdə dolların iki manata qədər qalxması mümkündür. Lakin kommersiya banklarının dolların satış qiymətinin aşağı salmasının konkret səbəbi var. Çünki bankların satış və alış məzənnələri arasında fərq çox böyük idi. Bununla da əhali və sahibkarlar banklardan yox, "qara bazar"dan alış-veriş etməyə üstünlük verirdilər. Ona görə də banklar əvvəl-axır alış və satış məzənnə fərqini azaltmağa çalışacaqdılar. O zaman "qara bazar"a yox, banklara üz tutulacaq. İndi həmin proses gedir. Təbii ki, banklar dolları əhalidən baha almaq istəmirlər. Çünki əgər kommersiya bankları dolları Mərkəzi Bankdan 1,92 manata ala bilirsə, əhalidən 1,94 manata niyə almalıdılar ki? Lakin satış qiymətini azaldırlar ki, hər kəs "qara bazar"a yox, banka üz tutsun".
Mənbə: musavat.com