Özünü 12-ci mərtəbədən atmaq istədi, xilas edildi – BAKIDA

63

Özünü 12-ci mərtəbədən atmaq istədi, xilas edildi – BAKIDA














Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 12-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.