backend

Bakıda həbsxanada kütləvi dava: Qan su yerinə axdı

Bakıda həbsxanada kütləvi dava: Qan su yerinə axdı





















Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər.

Bakının məşhur həbsxanasında qan su yerinə axıb.

qaynarxett.az Milli.az-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında güclü dava düşüb. Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər. Bir tərəfdən 12, qarşı tərəfdən isə 5 nəfər bir-birinə girib. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar.

Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, davanın səbəbi məlum deyil.