backend

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına - Reaksiya

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına - Reaksiya

Türkiyə ABŞ-ın Ankaradakı səfirliyinə edilən silahlı hücumu qınayıb.

“Qafqazinfo” xəbər verir ki, prezidentin sözçüsü İbrahin Kalın bu barədə tvitter hesabında yazıb. Onun sözlərinə görə, bu hücum açıq şəkildə ölkədə xaos yaratmaq cəhdidir:

“Türkiyə etibarlı ölkədir və bütün əcnəbi missiyalar qanunların təminatı altındadır. Hadisə araşdırılır və ən qısa vaxtda aydınlıq gətiriləcək”.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb. Ölən və yaralanan olmayıb.