backend

Qurban bayramınız mübarək!

Qurban bayramınız mübarək!


Qurban Bayramı münasibətilə
İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Mirdamət Sadıqovun
TƏBRİKİ






Hörmətli həmvətənlər!
Bütün dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə sizləri təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimizi bildiririk. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə edilən duaların, kəsilən qurbanların Allah dərgahında qəbul olunması diləyi ilə bir daha hamını bayram münasibəti ilə təbrik edir , ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.

Qoy bu bayram vətənimiz Azərbaycana, ümumilikdə İslam Dünyası üçün xeyirli-uğurlu olsun!

Qoy Qurban bayramı hər bir müsəlmanın sevincinə səbəb olsun!

Qoy gülün ən gözəl qoxuyanı, çiçəyin ən gözəl açanı, ulduzun ən gözəl parlayanı, həyatın ən gözəl anı, Allah Təalanın cənnəti Məhəmməd ümmətinə nəsib olsun!

Qoy by bayramda Allah Təala bütün ibadətləri qəbul edib, cəmi müslümin bütün günahlarını əhv etsin!

Qurban bayramınız mübarək olsun!


Dərin sayğı və ehtiramla
Mirdamət SADIQOV,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı.