backend

TƏCİLİ!!! “Məmurların başı talana və millətin qıcıqlandırılmasına qarışıb, Qarabağ yaddan çıxıb”

TƏCİLİ!!! “Məmurların başı talana və millətin qıcıqlandırılmasına qarışıb, Qarabağ yaddan çıxıb”

Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyandan Qarabağ məsələsində yeniliklər gözlənilsə də o, ilk olaraq ölkə daxilində keçmiş məmurlarla mübarizəyə başladı. Artıq Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan da beynəlxalq axtarışa verilib


Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, Paşinyan bu addımı ilə ilk olaraq Ermənistanda daxili vəziyyəti düzəltməklə doğru addım atır:

“Paşinyanın atdığı addımlar əslində məntiqlidir. İlk olaraq ölkə daxilində problemlər həll olunmalıdır ki, sonra digər məsələlərin həlli istiqamətində addımlar atılsın. Ona görə də Paşinyan Qarabağ kartından istifadə edərək illər uzunu erməni xalqına divan tutan keçmiş hakimiyyət təmsilçiləri ilə mübarizə aparır. O, xalqdan oğurlanan pulları büdcəyə qaytarır. Acından ölən xalqın inamını, rəğbətini qazanmaaq üçün birinci burdan başlamaq lazım idi və ordan da başladı. Paşinyan bu gün ölkədə islahalatlar aparmaqla yanaşı xarici siyasətdə də çoxgedişli kombinasiyalar qurur. Məhz bunun nəticəsində də Dağlıq Qarabağda bizi “pat” vəziyyətində qoyur. Dünyada Paşinyana qarşı bir rəğbət də yaranıb. Əli erməni xalqının qanına batmış Sərkisyan və Köçəryana qarşı mübarizəsi Paşinyanı dünyada bir demokrat kimi tanıdacaq və bundan sonra söz sahibi kimi çıxış edəcək. Erməni xalqı bu gün sevinc içindədir ki, nəhayət, korrupsiyadan canları qurtaracaq. Düşünürəm ki, Paşinyan Dağlıq Qarabağdakı separatçıların rəğbətini qazanmağın da qayğısına qalır və işğal altındakı bölgələrə intensiv səfərlər etməklə onlara dəstək ifadə etmiş olur . Bu azmış kimi onlar işğal altındakı torpaqlarımızda yeni xəstəxana və məktəblər də açırlar”.

H.Hacıyev Azərbaycannda da islahatların aparılmasının vacibliyini vurğulayıb:

“Biz də onlardan nümunə götürməliyik, belə addımlar atılmalıdır. Daxildə ölkə başçısına xəyanət və rüşvət baş alıb gedir. Bu dərəcədə dövlətə və dövlətin birinci şəxsinə xəyanət etmək olmaz. Azərbaycanda məmurların başı rüşvətə, talana və millətin qıcıqlandırılmasına qarışıb. Məmurlar milləti birinci şəxsdən narazı salmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bizdə də daxili məsələlər həll edilməlidir, çünki daxili və xarici məsələlər bir-birini tamamlayır. Hamımız prezidentimizin ətrafında olmalıyıq ki, Qarabağımızı azad edək. Düşünürəm ki, ölkə başçımız bu məsələlərdə çox ciddi addımlar atacaq və ətrafındakı bu xəyanətkar məmruları təmizləyərək millətlə bir yerdə Qarabağımızı işğaldan azad edəcək”.

Qaynarxett.az.