backend

SABİQ DEPUTAT: “Mətanətin videosunu yayan getsin anasının, bacısının şəklini yaysın”

SABİQ DEPUTAT: “Mətanətin videosunu yayan getsin anasının, bacısının şəklini yaysın”

Bir neçə gündür ki, qalmaqallı videosu yayılan müğənni Mətanət Əsədova bu dəfə Xəzər TV-də “Hər şey daxil” verilişində qonaq olarkən aparıcı Sərxan Kərəmoğlunu efirə yaraşmayan ifadələrlə tənqid edərək, hədələyib. Bəs efirlərimizdəki bu rəzalətin qarşısı nə vaxtsa alınacaqmı?Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca sayt-a açıqlamasında bunun qarşısını almaq üçün televiziya rəhbərliyinə xalqı sevən adamların təyin olumasının zəruriliyini vurğuladı:“Mətanət xanımın videosuna baxdım. Məclisdə hər bir qadın ola bilər və orda Mətanət xanım içki içməyib. Tutaq ki, lap qadın içki içib, qadın içki içə bilməz?! Orda başqa bir hərəkət etməyib, axı. Onu hansısa bir yaramaz çəkərək sosial şəbəkədə yayıb. Bunu çox ayıb hesab edirəm. O, adam getsin anasının, bacısının şəklini elə yaysın. İyirmi ildir televiziyaların bayağı, yaramaz verilişlərindən yazıram. Mən onu deyə bilərəm ki, belə adamların efirlərimizdən yığışdırılması üçün televiziyalarımızın başına abırlı, ləyaqətli adamlar təyin olunmalıdır. Bunu dəfələrlə kitablarımda da yazmışam. Adamların içində də çoxlu səviyyəsiz, zövqü korlanmış adamlar var. Bunun qarşısının alınmasında digər bir yol da cəmiyyətin zövqünün dəyişilməsidir”.


mənbə : moderator.az