backend

ABUTALIBOVUN YERİNƏ TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?

ABUTALIBOVUN YERİNƏ  TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?











Ötən ay Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib və Bakı meriyasının başçının müavini təyin edildi. Hazırda BŞİH-nin başçısı postu yenə boşdur, həm struktur, həm kadr islahatlarının nə vaxt aparılacağı isə məlum deyil.


Məlumat üçün onu da qeyd edək ki, BŞİH rəhbərliyində 3 əsas vəzifə var – başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan onun da yerinə təyinat olmamışdı. Digər müavin isə yuxarıda da qeyd etdiyimiz kimi, başçının səlahiyyətlərini icra edirdi. Bakı şəhər icra başçısı postuna təyinat olmaması ilə bağlı bir çox iddialar var. İddialara görə, Bakıda Böyük Şəhər Bələdiyyəsinin formalaşdırılması planı var. Bu səbəbdən də şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur. Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, bu versiya hələ də gündəmdədir.
ABUTALIBOVUN YERİNƏ  TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?

Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalarda indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

Digər versiyaya görə, Abutalıbovun yerini “Bakı Ağ şəhər”layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub. Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.

ABUTALIBOVUN YERİNƏ  TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?

Yeni yaradılmasına baxmayaraq, “AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.

Avqustun 1-də isə prezident İlham Əliyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Dünən isə məlum olub ki, BŞİH-in strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub. “Report”un xəbərinə görə, bununla ələqadar olaraq departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb. O, məlumatı “Report”a təsdiqləyib. Ə.Bağırov bildirib ki, hələlik heç bir vəzifəyə təyin edilməyib və hazırda işsizdir.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır(musavat.com).

ABUTALIBOVUN YERİNƏ  TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?
“AzPolitika.info”ya verilən məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun ailəsi Bakıda yaşadığından, həftənin yarısını paytaxtda keçirir. Onun hər cümə günü Bakıya gəlib, birinci, bəzən ikinci günü Mingəçevirə qayıtdığı iddia edilir. Yəni, nazirin qudasının Bakıya gətirilməsi onu yol məsrəflərindən, Mingəçeviri isə icra başçısı problemindən qurtara bilər.


Qaynarxətt.az-a daxil olan məlumatda isə bu ilin aprel ayında vəzifəsindən azad edilən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da adı bu vəzifəyə gətiriləcək kadrlar siyahısında yer alır. Mənbə Səlim Müslümovun işlədiyi uzun müddət ərzində bəzi nazirlərdən fərqli olaraq məhz düşünülmüş iş prinsipi və bunun nəticəsində şəffaflığın maksimum bərpa olunmasını təmin etməklə cəmiyyətdə islahatçı nazir kimi tanınmasımı vurgulayır.
ABUTALIBOVUN YERİNƏ  TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?











Qaynarxett.az