backend

Azərbaycanda dəhşət: Qayınata gəlininin boğazını kəsdi

Azərbaycanda dəhşət: Qayınata gəlininin boğazını kəsdi






















75 yaşlı kişi sərxoş olub.

Bakı kəndində qayınata gəlinin boğazını kəsib. Hadisə Fatmayi kəndində qeydə alınıb.

qaynarxett.az xəbər verir ki, bu barədə Fatmayi polis şöbəsinin müstəntiqi Samir Balakişiyev ANS PRESS-ə məlumat verib.

Verilən məlumata görə, hadisə Fatmayi kənd orta məktəbinin yaxınlığındakı evlərin birində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Gülbala Rəhim oğlu Məmmədov gəlini 27 yaşlı Büllurə Famil qızı Məmmədovanı bıçaqlayıb.

Qadını bıçaqlayarkən kişi sərxoş olub. Hadisə evdə yaranan mübahisə zamanı baş verib.

Qadın xəstəxanaya yerləşdirilib.

Gəlininin boğazını kəsən qayınata isə saxlanılıb.

“Dünən sərxoş olduğu üçün onun ifadəsini ala bilmədik. Bu gün hadisə barədə ətraflı araşdırmalar aparılacaq”, - deyə Samir Balakişiyev bildirib.