backend

Merkel Ermənistanda "Günaydın, Azərbaycan" dedi - Avropa bunu danışır - VİDEO

Merkel Ermənistanda "Günaydın, Azərbaycan" dedi - Avropa bunu danışır - VİDEO
Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza səfəri zamanı qəribə yanlışlığa yol verib.
Muxalifet.az xəbər verir ki, kansler instaqram hesabının hekayə bölməsinə İrəvanda çəkdiyi şəhər panoramasını paylaşıb və üzərində “Günaydın, Azərbaycan. Qafqaz ziyarətimin 3-cü günü” yazıb.
İnstaqram hekayələri 24 saatdan sonra avtomatik şəkildə silinsə də, fotonun ekran görüntüsü izləyicilər tərəfindən internetdə paylaşılıb.
Səfərdən 3 gün keçməsinə baxmayaraq, hadisə xarici medianın diqqətində qalıb. Xəbəri dərc edən nəşrlər Azərbaycanın bir parçası olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsini də qeyd ediblər.

Merkel Ermənistanda "Günaydın, Azərbaycan" dedi - Avropa bunu danışır - VİDEO