backend

Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)

Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)














Bayıl yamacındakı sürüşmə zonasında məskunlaşan sakinlər birdəfəlik kompensasiya alıb, köçürüləcəkləri günü gözləyirlər. Onları narahat edən əsas məsələ budur ki, müvafiq qurumlar bu yerlərin aqibətinin necə olacağı ilə bağlı konkret söz demirlər. Sürüşmə zonasının əhalisinin sözlərinə görə, artıq onlara verilən kirayə pullarında da gecikmə var.

Musavat.com-un əməkdaşı elə sakinlərin dəvəti ilə Bayıl yamacına yollanıb oradakı vəziyyətlə tanış olub.

Xatırladaq ki, bu ilin qış aylarında Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında aktivlik müşahidə olunmuşdu. Nəticədə orada da 4 ev dağılıb, 2-si isə zərər görmüşdü. Ona görə də müvafiq qurumların iştirakı ilə bu ərazidə bütün kommunal xidmətlərin verilişi dayandırılıb, əhali isə 11 aylıq müddətə kirayə pulu verilməklə, köçürülmüşdü. Onların bir qismi verilən kirayə pulu ilə razılaşmadığı üçün evlərində yaşamaqda davam edirdilər.

Dağılan evlərin heç bir sənədi olmasa da, müvafiq qurumlar sakinlərin çətin duruma düşdüyünü nəzərə alıb, onların hər birinə kompensasiya ödəmişdi. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, sürüşmə nəticəsində dağılan evlər necə varsa, elə də qalıb. Ərazidə bir zamanlar qurulan polis postu isə götürülüb. Kirayə pulu ilə razılaşmayan sakinlərin bir qismi evlərinə geri döndüyü üçün sürüşmə zonası bir vaxtlar olduğu kimi xarabalığı xatırlatmır. Məhəllədə olan xırda mağazalar da fəaliyyətlərinə davam edirlər.

Sakinlərlə söhbətimiz zamanı onlar xahiş etdilər ki, şikayət edənlərin heç birinin ad və soyadını qeyd etməyək. Səbəb kimi söylədilər ki, mətbuatda onların dilindən şikayət yazıldıqdan sonra vəziyyətləri daha da çətinləşir:

“Məsələn, şikayət edirik ki, qazı vermirlər, gəlib işığımızı da kəsirlər. Deyirlər ki, bura sürüşmə zonasıdır və dövlət də sizə kirayə pulu veribsə, evinizdə qala bilməzsiniz. Yaxşı, bəs 200-250 manat kirayə pulu ilə Bayıl ərazisində necə kirayə qalmaq olar? Burada o qiymətə ev varmı? Bizim əsas problemimiz odur ki, kommunal xətləri bərpa etmirlər. Nə də demirlər ki, bizi nə zaman köçürəcəklər. Konkret söz deyən yoxdur. Biz də bilmirik ki, aqibətimiz necə olacaq. Burada MİS-in, icra hakimiyyətinin nümayəndələri var ki, gəlib ərazini gəzirlər. Kim evində qalırsa, onun kirayə pulunu kəsirlər. Biz də deyirik ki, kirayə pulumuzu kəsirsizsə, o zaman qazı, suyu verin. İkisini də pulla alırıq. Bəs onların pulunu kim ödəməlidir? Elektriki də kəsmişdilər. Sakinlər yığışıb şikayət etdilər, axırda elektrikin verilişini bərpa etdilər. Ərazidə hansısa sürüşmə yoxdursa, bizi niyə evimizə qaytarmırlar? İkincisi də Nazirlər Kabinetinin qərarı ilə bizə 11 aylığına kirayə pulu ayrılıb. Bu qərarı icra hakimiyyəti, MİS necə poza bilər?”

Müşahidə etdik ki, ərazidə olan bütün evlərin qapıları nömrələnib. Divara boya ilə ərazinin sürüşmə zonası olduğu da yazılıb. Öyrəndik ki, sürüşmə zonasında eyni sırada olan evlərin bir qismi təhlükəli əraziyə daxil edilsə də, bir neçəsi təhlükə xəttindən kənarda qalıb. Bu evlərdən birinin sahibi olan Zahid İbrahimov söylədi ki, mövcud qərar çox anlaşılmazdır:

“Mənim evimdən aşağıda, solda olan evlərin hamısını təhlükəli zonaya aid ediblər. Bir dənə mənim mənzilim ortada qalıb. Halbuki, evimin divarlarında iri çatlar var. Kənardan da baxanda görürsən ki, ev qəzalı vəziyyətə düşüb. Bununla belə, mənim də kommunal xətlərimi kəsmişdilər. 2 ay orda-burda qalandan sonra axırı xeyli şikayətlər edib, komunnal xətlərimi bərpa etdirə bildim. Həm təhlükəli zonaya aid etməmişdilər, həm də kommunal xətlərimizi kəsmişdilər. Çox qəribə bir vəziyyətdir. Xahiş edirəm ki, mənim evimə bir də baxış keçirib, vəziyyəti düzgün dəyərləndirsinlər”.

Evi təhlükəli zonaya aid edilməyən sakinlər onu da bildirdilər ki, bir zamanlar kirayə verdikləri evlərinə indi yaxın duran yoxdur:

“Bu ərazidə nə qədər kirayənşin qalırdı. İndi isə yaxın duran yoxdur. Hamı deyir ki, sürüşmə var, üstümüzə torpaq gələ bilər. Başa da sala bilmirik ki, bizim evi təhlükəli zonaya aid etməyiblər. Yəni bu baxımdan da ziyan çəkirik. Üstəlik də təbii ki, bizə nə kirayə pulu ayrılıb, nə də hansısa güzəşt tətbiq olunmayıb”.

Eyni zamanda öyrəndik ki, Bayıl qəsəbəsi Buxta küçəsində uçan evlərə də kompensasiya ödənilməyib. Yada salaq ki, bu ilin may ayında Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş vermişdi. Bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalmışdı.Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)Bayılda sürüşmə zonasının içində və bayırında qalanlar… – Durum necədir? – Reportaj (Fotolar)