backend

Sarkisyan Qarabağa gəldi

Sarkisyan Qarabağa gəldi














Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytı məlumat yayıb.

Sarkisyan sentyabrın 2-də Dağlıq Qarabağda qurulan separatçı rejimin “27-ci ildönümü”nə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Tədbirlər Xankəndidə təşkil olunacaq.