backend

İsrail Azərbaycanı seçir

İsrail Azərbaycanı seçir






















Bakıya silah, İsrailə isə neft maraqlıdır.

İsrail və Azərbaycan müdafiə və enerji sahələrində aparıcı tərəfdaş olublar.

qaynarxett.az WorldTribune-a istinadən xəbər verir ki, bu barədə Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin məruzəsində deyilir.

İsrail nümayəndələrinin qeyd etdiyi kimi, iki ölkə arasında əlaqələr qarşılıqlı sərfəli müqavilələrin imzalanması fonunda möhkəmlənir: Bakıya İsrailin silahı, Qüdsə isə Azərbaycanın nefti maraqlıdır.

2012-ci ildə İsrail Azərbaycan ilə müxtəlif növ silahın çatdırılmasına dair saziş imzalayıb, bura 1,6 milyard dollar məbləğində pilotsuz uçan aparatlar və HHQ sistemləri daxildir.

Müşahidəçilərin fikrincə, öz növbəsində Azərbaycan İsrailə təhlükəsizlik sahəsində yardım edir.

İlk növbədə bu, İranın nüvə təhlükəsinə aiddir.

“Müdafiə, kəşfiyyat və terrorizmlə mübarizə sahəsində strateji əməkdaşlıq iki kiçik dövlətin təhlükəli regionda uğurlu əməkdaşlıq imkanı tapmalarını nümayiş etdirir”, - məruzədə deyilib.