backend

Zakir müəllimin “zakiranə” əməlləri

Zakir müəllimin “zakiranə” əməlləri




















Gəncə təhsili haqda onu deyə bilərik ki, şəhərin təhsil sahəsindəki durum, bəlkə də əksər şəhər və rayonlarda yaşanan durumdan kəskin surətdə fərqlənir.

Buna səbəb, təhsil şöbəsinin müdiri cənab Zakir müəllimin qanunsuzluğa söykənən “zakiranə” əməllərinin varlığıdır. Məsələn, o, bəzən elə bir əməllərə qol qoyur ki, onun əməllərini eşidən hər kəs sanki dəhşətə gəlir. Zakir müəllimin fəaliyyəti haqda məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, şöbə müdiri daha çox gəlir əldə etmək üçün, şəhərin hər məktəb direktoruna aylıq 500-600 manat “toskı” təyin edib. Və hətta elə hallarda olur ki, o müxtəlif ünvanlarda geninə-boluna danışır ki, “mən topladığım pulları heç də tək mənimsəmirəm. Axı, hər ay mən də kimlərisə “görürəm”, eyni zamanda şəhər rəhbərliyini də unutmaq olmur. Kimlərəsə nəsə çatmalıdır ki, hər kəs daşıdığı vəzifədə qalıb işləyə bilsin” deyir.
Artıq neçə illərdir ki, Gəncə təhsilinə “qan” uddurmaqla onu məhvə sürükləyən Zakir müəllim, bu gün qol qoyduğu qanunsuzluq əməllərində kimlərisə də iştirakçıya çevirmək niyyətindədir. O halda sual oluna bilər ki, ay Zakir müəllim şəhər məktəblərində çaışan qadın müəllimələrdən bəzilərini, kim məcburi qaydada analıq məzuniyyətinə çıxarır və əmək haqlarını da dolayısı yollarla mənimsəyir?. Təhsil şöbəsinə büdcədən ayrılan vəsaiti kim qorxmadan, bir kimsədən çəkinmədən mənimsəyir? Orta təhsil ocaqlarına avadanlıqlar almaq məqsədilə ayrılan vəsaitləri də, kim bu və ya digər yollarla mənimsəyir? Sözsüz ki, belə bir sualların yalnız bir cavabı var. O da cənab Zakir müəllim başda olmaqla, onun “işlək” komandası mənimsəyir.
Tərəfimizdən aparılan araşdırmalar zamanı o da məlum oldu ki, cənab şöbə müdiri, hər ay əldə etdiyi külli miqdarda vəsaiti şəxsi problemlərinin həllinə və digər məqsədlər üçün xərcləyir. Araşdırmalar zamanı o da bəlli oldu ki, sən demə Zakir müəllimin saysız-hesabsız maxinasiyalara qol qoymasına səbəb, onun şəhərdəki bəzi yüksək çinli vəzifə sahibləri ilə sıx bağlılığının olmasıdır. Elə bu bağlılığa arxayın olan cənab şöbə müdiri, hətta orta təhsil ocaqlarına ayrılan yanacağın da “altından girib üstündən çıxmağı” ustalıqla bacarır. Şagirdlərə verilməli olan dərsliklərdən çoxunun, Zakir müəllimin diktəsi ilə ayrı-ayrı ünvanlarda satdırılması isə, tamam başqa bir söhbətin mövzusudur.

Xülasə bu gün tam əksəriyyətin nəzər-diqqəti, Gəncənin məhvə sürüklənən təhsilinə yönəlib. Çünki, hər kəs o anı gözləyir ki, görəsən cənab Mikayıl Cabbarovun atdığı addımların dalğası, nə vaxt Zakir müəllimin “zakiranə” əməllərinə son qoyacaq və onu bu gün sahib olduğu “şahlıq taxtı”ndan birdəfəlik salacaq.