backend

Sumqayıtda seks-cihadla bağlı vərəqələr yayılır

Sumqayıtda seks-cihadla bağlı vərəqələr yayılır














Suriyada 250 “mücahid”lə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılır və cənnətə düşür

Bu cür absurd fitvanı Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qiyamçı qruplaşmaların başında duran vəhhabi alimləri bir neçə müddət bundan öncə vermişdilər.

Öz növbəsində “cihad əl-nikah” (seks-cihad) barədə fitvanı Sumqayıtda xəvariclər (vəhhabi) dini sektasının nümayəndələri 2 həftə öncə öz aralarında yayıblar. “Xəvariclər dini pərdə altında qadınları müharibəyə çəkməyə cəhd edirlər. Məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir."

Bu barədə “Vesti.az”a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

“Diqqət çəkəni odur ki, xəvariclər sektasına girən qadınlar təhsilli deyillər, hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda düz yol seçəcəklərinə inandırmaq asandır. Üstəlik, biz bir neçəsi ilə söhbət etmişik. Onlar fitvaya gedəcəkləri halda, Allah yolunda qüvvələrini sərf edəcəklərinə həqiqətən inanırlar” deyə idarədən bildirilib.

İndiyədək xəvariclər sektasının 210 üzvünün uçota alındığı məlumdur. Bununla yanaşı, əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan qadının öz uşaqlarını da götürüb Suriyaya getdiyi barədə məlumat alıblar. Bəzi xəbərlərə görə, qadın ərini atıb. Bu barədə polislərə onun əri deyib. Tam mümkündür ki, o, Suriyaya gedənlər tərəfindən “verbovka” olunması səbəbindən belə qərar verib. Polis qadının valideynləri ilə əlaqə saxlayıblar. Valideynlər qızlarının evdə olduğunu desələr də, onun özü ilə danışmaq isə mümkün olmayıb.