backend

Beyləqanda büdcə təşkilatında çalışanlar qul kimi işlədilir - İşləmək istəməyənlər fəhlə tutur...

Beyləqanda büdcə təşkilatında çalışanlar qul kimi işlədilir - İşləmək istəməyənlər fəhlə tutur...














Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında redaksiyamıza ilginc məlumatlar daxil olub.

Məlumatda qeyd olunur ki, prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri öncəsi abadlıq və təmizlik işlərinə sahibkarlar və büdcə təşkilatlarında çalışanlar da cəlb olunub. Bu isə rayonda müəyyən narazılıqlara səbəb olub.
Rayondakı mənbəmizin sözlərinə görə, təmizlik işlərindən imtina edən şəxslərdən öz əvəzinə fəhlə tutması tələb olunub. “İcra başçısı Vaqif Abdullayev demək olarki, büdcə təşkilatlarında çalışan hər kəsi küçələrə çıxartmışdı. Ya özün işləməlisən, ya da öz yerinə fəhlə tutmalısan. Bunun üçündə heç olmasa günə 20 manat xərcləyib fəhlə tutmalı olanlar olub” deyə mənbə əlavə edir.
Marağlıdır ki, regionların sosial - iqtisadi inkişafı ilə bağlı Beyləqan rayonuna da prezidentin ehtiyat fondundan milyonlarla manat vəsait ayrılır. Həmin pulların silinməsində rayonda aparılan abadlıq və qruculuq işləri ilk yeri tutur. Amma səslənən iddialarda qeyd olunur ki, Beyləqanda bu kimi işlərin həyata keçirilməsində büdcə təşkilatlarının işçilərinin və sahibkarların əməyindən və pulundan istifadə olunur.