backend

Bir-birindən dəhşətli İKİ SSENARİ: Türkiyə, Rusiya və İran... - Bir neçə saata QƏRAR VERİLƏCƏK

Bir-birindən dəhşətli İKİ SSENARİ: Türkiyə, Rusiya və İran... - Bir neçə saata QƏRAR VERİLƏCƏK

Dünyanın diqqəti Türkiyə, Rusiya və İran liderlərin iştirakı ilə Tehranda bu gün keçirilən Tehran sammitinə yönəlib. Sammitdən çıxacaq qərarlar Suriya böhranının gələcəyi, daha doğrusu İdlib probleminin həlli ilə bağlı qaranlıq qalan bir sıra məsələlərə aydınlıq gətirə bilər.


Ən başlıcası, İdlib sammiti mühasirədə qalan 3,5 milyon insanın taleyini də müəyyən edəcək.
Rusiya, İran və Suriya regionun terrorçulardan təmizlənməsinin vacib olduğunu söyləyir. Türkiyə isə yeni köç dalğası və humanitar böhranın yaranacağı ehtimalını səbəb göstərərək əməliyyata qarşı çıxır. Rusiya sammitdən bir neçə gün əvvəl İdlibi bombalamaqla, Ankaraya əməliyyatın qaçılmaz olduğu barədə mesaj verdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərindən də göründüyü kimi, ruslar sammit öncəsi təzyiqi yaratmaq üçün İdlibdə hava hücumlarına başladılar.

Rusiya və İran Türkiyənin xəbərdarlıqlarını qəbul edəcəkmi, yoxsa Suriyada əvvəllər yaşanan qətliamlardan daha biri yaşanacaq?

Tehran sammiti bu suallara cavab vermək üçün böyük əhəmiyyət daşıyır.

“Haber7” saytının yazarı Mehmet Acetin sözlərinə görə, əslində qarşıda iki ssenarisi var.

Bir-birindən dəhşətli İKİ SSENARİ: Türkiyə, Rusiya və İran... - Bir neçə saata QƏRAR VERİLƏCƏK

Birinci ssenariyə görə, Ankaranın xəbərdarlıqlarını nəzərə almayan Rusiya, İran və Suriya İdlib döyüşünü hava və torpaqdan ağır bir hücumla başlaya bilər. Bu, Astana formatının gələcəyini sual altına qoyacaq.

İkinci ssenari isə, İdlibə hücumun Hələb də daxil olmaqla, Suriyanın digər bölgələrinə keçmə ehtimalıdır. Bu, Rusiyanı, İranı və rejimi geri çəkməyə məcbur edəcək faktiki amillərdən biridir.

Mehmet Acet qeyd edir ki, Ankarada söhbət etdiyi təhlükəsizlik mənbələri “gücə güclə cavab vermək məcburiyyətində qalarıq” ifadələrindən istifadə edirlər.

“Rusiya, İran və Suriya rejimi bir bədəl olduğunu görmədikləri müddətdə, İdlibi tamamilə ələ keçirmək fikrindən imtina etməyəcəklər. Bu bədəl İdlibdəki atəşin digər yerlərə də sıçrama ehtimalı ola bilər”, - yazar qeyd edib.

Onub sözlərinə görə, Tehran sammitindən müsbət nəticə əldə edilməsi Rusiyanın “əyləci basması” ilə mümkün olacaq.

Publika.az