backend

Dağıstanın yeni rəhbəri seçildi

Dağıstanın yeni rəhbəri seçildi















Dağıstan parlamentinin deputatları səs çoxluğu ilə Vladimir Vasilyevi Respublikanın rəhbəri vəzifəsinə seçiblər.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, onun namizədliyini 86 deputatdan 77-si dəstəkləyib.

Vasilyevdən əlavə beş deputat Davdiyevə, daha dörd deputat isə Mahmudova səs verib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Dağıstan Xalq Məclisinə Respublikanın rəhbəri vəzifəsinə Vladimir Vasilyev, Kamil Davdiyev və Mahmud Mahmudovun namizədliyini irəli sürüb.