backend

Şərqiyyə Hümbətovaya xüsusi "status" verib!

Şərqiyyə Hümbətovaya xüsusi "status" verib!






















Göygöl rayon İcra Hakimiyyəti rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir

Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə məlumat vermişdim. Həmin məlumat araşdırılması üçün aidiyyatı üzrə Göygöl Rayon İcra Hakimiyyətinə göndərilsə də, göstərilən korrupsiya faktlarının əsassız olduğu hesab olunub. Belə çıxır ki, ölkədə korrupsiyaya qarşı aparılan mübarizə tam əsassızdır? Bilərəkdən korrupsiya faktlarını gizlədilməsi hansı məntiqə söykənir? Büdcə vəsaitlərinin artıq xərclənməsi, inventar və avadanlıqların olduqca baha qiymətə hesablanması faktı əsl korrupsiya əməli deyilmi? Bu hələ azmış kimi Şərqiyyə Hümbətova indi də oğlu Ceyhun Hümbətovu öz himayədarlarının vastəsilə imtahansız Göygöl rayon Gənclər və İdman idarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. Halbuki bu vəzifə dövlət qulluğu sayılır. Digər oğlunu isə Göygöl rayon Çaylı kənd İcra Nümayəndəliyinə müavin vəzifəsinə təyin etdirilib. Necə ola bilər ki, digər gənclər imtahan verib dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlanları isə birbaşa imtahansız həmin vəzifələrə təyin olunurlar?!
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də "ƏDİRƏF" MMC-nin sahibidir. "ƏDİRƏF" MMC Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır, dövlət vəsaiti israfçılıqla mənimsənilir. Dövlət Qulluğu haqqında qanuna görə isə dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz.
Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə də heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnız çilingər ixtisası almış texnikum təhsilli birisi 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin?
Söylədiyim faktlar Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən qanunsuz halların yalnızca bir hissəsidir...
Məmmədov Şahin Şükür oğlu,
Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin sabiq məsləhətçisi