backend

Suraxanıda Polis rəisinin görmək istəmədiyi əxlaqsız yuvaları - YENİLƏNİB

Suraxanıda Polis rəisinin görmək istəmədiyi əxlaqsız yuvaları - YENİLƏNİB












«Maral» və «Elvin» hoteldə qadın ticarətindən əldə olunan pullardan kimlərə nə qədər «pay» düşür?

İnsan alverinin ən gəlirli sahələrindən sayılan qadın ticarəti cəmiyyətimizin aktual problemlərindən hesab olunur. Acı təəssüf hissi ilə bildirmək istəyirik ki, son dövrlər həm paytaxt, həm də bölgələrdə əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. İnsaf naminəqeyd etməliyik ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları insan alverinəqarşı geniş mübarizə tədbirləri həyata keçirərək bu çirkin biznesdən böyük gəlir götürən şəxsləri cəzalandırırlar.
Buna rəğmən, qeyd olunan sahədə hələ də kifayət qədər problem var. Bəzi polis idarə və bölmələrinin rəhbər şəxsləri vəzifələrinə qarşı laqeydlik göstərərək əxlaqsızlıq yuvalarının fəaliyyətinə göz yumurlar. Məsələn, Suraxanı rayon Polis İdarəsinin ərazisində bir neçə əxlaqsızlıq yuvası fəaliyyət göstərir ki, hər gün həmin "rahatxana"lara yüzlərlə yüngül həyat tərzi keçirən qızlar cəlb olunur. Ərazinin Polis İdarəsi və bölməsi tərəfindən bu kimi yüngül həyat tərzi keçirən və əxlaqsız hərəkətlərə yol verən şəxslərə qarşı heç bir tədbir isə görülmür.
Əldə etdiyimiz son məlumatlara görə, bölmənin ərazisində yerləşən pritonlardan biri də «Maral» adı ilə fəaliyyət göstərən əxlaqsız yuvasıdır. Əməkdaşımızın paytaxta fəaliyyət göstərən əxlaqsız yuvaları ilə apardığı araşdırmalarda məlum olub ki, «Maral» adı altında fəaliyyət göstərən fahişə xana «klentlərinin» razı qalması üçün ən şıdırığı «xidmət» göstərən əxlaqsızlıq yuvasıdır. Həmin əxlaqsız yuvası isə Suraxanı rayon ərazisində fəaliyyət göstərir. Maraqlıdır ki, Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimov gözü qarşısında baş verən əxlaqsızxananı görmür. Əslində deyilir ki, “Maral” adı ilə fəaliyyət göstərən əxlaqsız yuvasının fəaliyyətindən məlumatlı olan İdarə rəisi nədənsə bu hallara qarşı tədbir görmür.
Deyilir ki, baş verən dəhşətli olaylara baxmayaraq, Suraxanı polis İdarəsi rəsmiləri bunu görməzdən gəlir. Elə buna görədir ki, idarəyə tabe olan ərazilərdə əxlaqsızlıq yuvalarının sayı durmadan artır". Belə çıxır ki, İdarə rəisi T. İbrahimov hansısa maraqlarının qarşılığında sözügedən çirkab yuvalarının fəaliyyətinə göz yumurlar. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yetkililərindən xahiş edirik ki, adını çəkdiyimiz əxlaqsızlıq yuvalarında yoxlama aparıb onların işini dayandırsınlar.