backend

Ceyhun Bayramov: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir”

Ceyhun Bayramov: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir”














“Şagirdin əsas funksiyası məktəbdə olmaq, dərs oxumaqdır”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov Aşura günündə şagirdlərin dərsdən yayınması məsələsinə münasibət bildirərkən deyib.

“Biz düşünürük ki, məktəb rəhbərliyi buna xüsusi diqqət yetirəcək. Məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə olması üçün maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”, – nazir vurğulayıb.

Qeyd edək ki, Aşura günü sentyabrın 20-dir.

“Ölkə.Az”