backend

Arif Hacılıdan rəqiblərinə tikanlı atmaca...

Arif Hacılıdan rəqiblərinə tikanlı atmaca...













"Biz daxili mübarizələrə,bir birimizlə vuruşmağa məhkum edilmişik"

Müsavat başqanı Ari Hacılı ad çəkmədən son günlər partiyadaxili gərginlikdə hakimiyyətin əlinin olduğuna işarə edib:

"Hakimiyətin sərəncamında olan məhdudiyyətsiz resurslar hesabına bu gün Azərbaycanın demokratik inkişafı uğrunda mübarizə aparan qüvvələrlə irtica arasında mübarizənin bir xətti də müxalifətin içindən keçir. Biz daxili mübarizələrə,bir birimizlə vuruşmağa məhkum edilmişik.
Son zamanlar bu prosesə hakimiyyətin nəzarəti altında olan televiziya kanalları da daxil olmaqla əlavə resursların cəlb edilməsinin də səbələri çox sadədir.
Müsavatın qurultaydan parçalanmış yox, əksinə, güclənmiş çıxması, bizim təşkilat və müxalifət daxilində stabillik yaratmaq, buradakı mübarizə xəttini ləğv etmək cəhdlərimiz hakimiyyətin ssenarisini pozur."