backend

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları















İslam dininin müqəddəs Kitabı Quranda bəzi qidaların adı keçir.
“Ölkə.Az” bu gün oxucularına bu qidaların adını və faydalarını təqdim edir.

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları


Xurma

Şəkər balansını qoruyur, doğuşu asanlaştırır, südverən analarda süd hormonlarını hərəkətə keçirir və ana südünü artırır.

Peyğəmbərimiz buyurub ki, qadınlar süd verdikləri dövrdə xurma yesin. Bu zaman onun usage ağıllı olar.

Xurmanın tərkibində A, C, B1, B2, B3, B6, B9, B12 və K vitaminləri, betakaroten və oliqo elementi var. A vitamini isə güclü anti oksidantdır.

Bundan başqa xurma gecə toyuq korluğunun qarşısını alır, ağız və ağ ciyər xəstəliklərinə qarşı da effektivdir.

Betakaroten təbiətdə təbii halda olan A vitaminin ilk formatıdır. Bu vitamin orqanizmimizdəki DNA, hüceyrə və protein strukturunu dəstəkləyir. Ürək və damar xəstəliklərinin qarşısını alır.

Xurmanın tərkibindəki Zeaksantin maddəsi də yaşlanma ilə bağlı yaranan əzələ əriməsinin qarşısını alır. Sidikqovucudur. Təzə xurmanın tərkibindəki pitosin maddəsi sancılara qarşı əladır.

Bundan başqa bağırsaqların fəaliyyətini stabilləşdirir, qəbzliyin qarşısını alır, LDL xolesterolunun azalmasına səbəb olur. Bundan başqa bağırsaq xərçənginə səbəb olan bio kimyəvi maddələri də azaldır.

Bundan əlavə, xurmanın tərkibindəki tanin maddəsi iltihabın və qanaxmaların qarşısını alır.

Çox acıyanda və şirniyyata ehtiyac duyanda 10 ədəd ağ və ya sarı ləbləbi ilə 2 xurma yeyib üstündən 1 stəkan su içsəz, 2-3 saat aclıq hiss etməzsiniz.

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları


Bal

Fruktoza və qlükoza kimi təbii şəkərlərə sahibdir. Eyni zamanda maqnezium, potasium, kalsium, yod, sink, soda, kükürd, dəmir və fosfor kimi minerallarla yanaşı, B1, B2, B3, B5, B6 və C vitaminləri də var. Həzmi asanlaşdırır, bağırsaq və böyrəklərə faydalıdır.

Bal enerji mənbəyidir. İlıq su ilə qarışdırıb içəndə 7 dəqiqə ərzində qana qarışır. Bu da beyinin işini sürətləndirir. Qan artırır, mikrobların qarşısını alır. Orqanizmin müqavimətini və müdafiə mexanizmini sürətləndirir. Anti oksidantdır.

Yaranın üstünə bal çəkəndə dəri yaradan epitelium toxumasının inkişafını sürətləndirir. Toxumada hydrogen peroksid yaradaraq mikrobların çoxalmasının qarşısını alır.

Bal və bir az darçını su ilə qarışdırıb ağrı olan yerə sürtəndə ağrıları azaldır. Bu məhlula bir az zeytun yağı əlavə etsəniz, saç tökülməsinin qarşısını alır (15 dəqiqə saçınızda saxlayıb yuyun).

1 qaşıq bal ilə yarım çay qaşığı darçını qarışdırıb gündə 3 dəfə yemək öskürək və bəlğəmə qarşı ən gözəl vasitədir.

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları


Zeytun və zeytun yağı

Zeytun yağı ürək damarlarını qoruyur və qidalandırır. Döş xərçənginin qarşısını alır. Pis xolesterolu azaldır və damarların daralmasının qarşısını alır. Antioksidantdır.

Zeytun yağının tərkibində damarların sərtləşməsinin qarşısını alan polifenol var. Mədə xərçəngi riskini azaldır, ana südünü artırır.

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları


Sirkə

Sirkə həzmi və metabolizmanı sürətləndirir. Bunun sayəsində isə arıqlamaq daha da asanlaşır. Qidaların mədə turşusu tərəfindən parçalanmasını sürətləndirir, nazik bağırsağa keçidini asanlaşdırır. Nazik bağırsağı təmizləyir. Sirkə ilə qarqara etmək ağızdakı mikrobları öldürür, infeksiyaların qarşısını alır.

İki ay ərzində gündə iki dəfə saçın dərisinə sirkə sürtmək saç tökülməsinin qarşısını alır.

Yuxusu qaçanlar 1 çay qaşığı alma sirkəsi ilə 2 çay qaşığı balı 1 stəkan ilıq suda əridib içməlidirlər (Axşam yeməyindən 1.5 saat sonra).

Arıqlamaq üçün isə gündə 3 dəfə yeməklərdən sonra 1 xörək qaşığı içməlidirlər.