backend

"AzToday.az" saytının baş redaktoru Elmidar Əliyevin Prezidentə

"AzToday.az" saytının baş redaktoru Elmidar Əliyevin Prezidentə














Müraciəti

"Mənim həyatım təhlükədədir"

Hörmətli, cənab Prezident!

Son günlər bəzi şəxslər tərəfindən izlənməyim həyatıma bir sıra təhlükələrin yarandığına işarədir. Etibar etdiyim mənbələrdən aldığım məlumatlar da təsdiq edir ki, dövlətin bəzi qurumları mənim qondarma ittihamlarla həbsimi razılaşdırıblar.

Cənab Prezident!

Mən bir sayt rəhbəri və vətəndaş olaraq dövlətin maraqlarını hər bir şeydən üstün saymışam və bundan sonra da bu məqsədimdən geri çəkilmək niyyəim yoxdur. Bu mənada dövlətə qarşı olan məmurların və dövlətin adını daşıyan qurumların ölkə maraqlarına xidmət etməyən əməllərinin ifşasında ön sıralarda getməkdən qürur duyuram. Mənim bu mövqeyim, dövlətin qanunlarına sayğısızlıq edən oliqarx məmurların qəzəbinə tuş gəlib və məqsədli şəkildə növbəti təxribatla üzləşmək zorunda qalmışam. Həmin qüvvələrin ilk təxribatı rəhbəri olduğum "Aztoday.az" saytının serverinin Ddos hücumlarla dağıdılması və saytın fəaliyyətinə yaradılmış qanunsuz müdaxilələrdir. İkinci təxribatın yaşanmaması və həyatıma yaranmış təhlükənin öncədən qarşısının alınması üçün Sizə müraciət edirəm.

Mənim son günlər "SOCAR" və onun rəhbəri Rövnəq Abdullayev və onun kiber cinayətkarlıqla məşğul olan şəbəkəsinin ifşası ilə bağlı yazdığım yazılar yaranmış plan təxribatın əsl səbəbidir. Nəzərə alsaq ki, dövlətin bəzi rəsmi qurumları verilən sifarişin icrası üçün hər hansı bir təxribata hazırdır, o zaman bu müraciətimin nəzarətə götürülməsi şərtə çevrilir.

Cənab Prezident!

Mən heç vaxt qanunsuz təzyiq və təhdidlərdən qorxmadım. Lakin kimlərinsə sifarişi ilə, qanunsuz yolla həbsimə çalışanların məqsədlərinin qurbanı olmaq da istəmirəm. Ümid edirəm ki, Sizə bu müraciətim çirkin niyyətlərini həyata keçirmək istəyən qurumları geri addım atmağına səbəb olacaq və mənə qarşı hazırlanmış təxribatlara son veriləcəkdir.