backend

Əbülfəz Məlikovdan daha bir SABOTAJ - Bu prosesdən Səfər Mehdiyev də faydalanıb...

Əbülfəz Məlikovdan daha bir SABOTAJ - Bu prosesdən Səfər Mehdiyev də faydalanıb...















Keçmiş gömrük kralı, broker xidmətinin hesabına zamanında gömrük sistemindən milyonlar qazanmış Əbülfəz Məlikovla bağlı yeni məlumat daxil olub.

Belə ki, redaksiyamızı bilgiləndirən qaynağın iddialarına görə, Əbülfəz Məlikov bu Qurbanlıq Bayramında da dövlətə qarşı iqtisadi sabotaj xarakteri daşıyan fəaliyyətindən geri qalmadı. Bu barədə danışan mənbə iddia edir ki, maləsəf Qurbanlıqda təşkil olunan heyvan bazarları işi bu il də Əbülfəz Məlikova həvalə olundu ki, nəticədə bəlasını sıravı vətəndaşlar çəkdi və konkret olaraq vətəndaş-dövlət münasibətləri süni şəkildə gərginləşdi.

Mənbənin söylədikləri: "Hər il olduğu kimi bu dəfə də Əbülfəz Məlikov qurbanlıq heyvan bazarlarının təşkili biznesini ələ keçirdi, nəticədə normalda 100 manata bazara çıxarılası olan 8-10 kiloluq ət verən heyvanlar 160 manata satıldı. Bununla da əhalinin təbii ki, bu işin rəsmi tərəfində dayanan dövlətə olan inamı sarsıldı. Yəni insanlar artıq dövlət adına təşkil olunan satış yerlərində saxtakarlıq ola biləcəyi qənaətinə tam olaraq kökləniblər ki, bu təəssüratın yaranmasında Əbülfəz Məlikovun payı olduqca yüksəskdir.

Mənbə onu da bildirib ki, Əbülfəz Məlikov təkcə özünün yox, həm də Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fermalarındakı qoyunları da dövlətin 34 satış məntəqəsində baha qiymətə xırıd etməyə müvəffəq olub. Mənbə bildirir:

"Hər il Qurban bayramında heyvan bazarında süni qiymət artımının qarşısını almaq üçün Dövlət tərəfindən Heyvan yarmarkaları təşkil olunurdu. Heyvanların gətirilməsini və satışını Ə.Məlikov təşkil edirdi.

Bu il də Heyvan yarmarkalarının təşkili Ə.Məlikova həvalə edildi. Lakin köhnə Broker bu imkandan da yararlanmaq qərarına gələrək 8-10 kq-lıq 15000 heyvanın qiymətini 160 manat təyin edərək, Bakı şəhərində 34 məntəqəyə bölərək süni qiymət artımı yaratdı. Yaranmış vəziyyətdən istifadə edərək digər məntəqələrdə Şamaxıdakı öz fermasının, həmçinin S.Mehdiyevin Qusardakı fermalarındakı heyvanları rahat satmağa nail oldu.

Əgər məqsəd öz heyvanlarını satmaq olmasaydı, hər il yarmarkada qiyməti 100 azn olan heyvanları 160 manatdan satmazdılar. Axı bir il ərzində ölkəmizdə heyvan ətinin qiyməti 60% qalxmayıb".

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...