backend

Çexiya prezidentinə atılan yumurta alman prezidentinin başına dəydi – VİDEO

Çexiya prezidentinə atılan yumurta alman prezidentinin başına dəydi – VİDEO






















Zemanın gəlişindən narazı qalanlar prezidentə yemək atmağa başlayıblar.

Praqada etiraz aksiyasının iştirakçılarının Çexiya prezidenti Miloş Zemana atdıqları pomidor və yumurtaya, onun alman kolleqası Yoahim Qauka tuş gəlib.

qaynarxett.az xəbər verir ki, insident bazar ertəsi noyabr ayının 17-də Zemanın universitet kampusunun yanında nitq söylədiyi an baş verib, məhz burada 25 il öncə “məxməri inqilab”ın başlanğıcı olan tələbə nümayişi keçirilib.

Bu barədə The Guardian məlumat yayıb.

Zemanın gəlişindən narazı qalanlar prezidentə yemək atmağa başlayıblar, mühafizə onu və Praqaya yubiley ilə əlaqədar səfərə gələn Almaniya, Macarıstan, Polşa və Slovakiyanın rəhbərlərini qorumaq üçün qara çətirləri açıblar. Amma alman prezidentini qorumaq mümkün olmayıb. Atılan yumurtalardan biri Qaukanın başına dəyib.

Kütlə “Biabırçılıq” və “İstefa” deyə qışqırırdılar, bəzilərinin əlində “Biz Rusiyanın koloniyası olmaq istəmirik” şüarları var idi. Müəyyən an bütün etirazçılar prezidentə qırmızı kart göstəriblər.

Ukraynada münaqişə ilə əlaqədar antirusiya sanksiyalarına qarşı çıxışından sonra, Çexiyanın KİV-i Zemanı açıq şəkildə tənqid etməyə başlayıblar.

Belə ki, noyabr ayının 16-da “Birinci kanal”a müsahibəsində o bəyan edib ki, sanksiyalar loss-loss – “hər kəsin itirəcəyi və heç kimin üstünlük təşkil etmədiyi” strategiyasını təqdim edir. Buna qədər isə prezident sentyabrda Moskvaya qarşı sanksiyaların ləğv edilməsi və dünya ictimaiyyətini real düşmənə “İslam dövləti” terroristlərinə qarşı birləşməyi təklif edib.

1989-cu ilin noyabr-dekabr aylarında Çexoslavakiyada “məxməri inqilab” baş verib, nəticədə kommunistlər ölkədə hakimiyyəti itirdilər, yeni lider isə yazıçı-dissident Vaslav Qavel oldu.