backend

Maduro Nüsrətin restoranında nahar etdi – Venesuela xalqı ayağa qalxdı

Maduro Nüsrətin restoranında nahar etdi – Venesuela xalqı ayağa qalxdı














Çinə etdiyi rəsmi səfərdən sonra iki saatlığa İstanbula dəyən Venesuela prezidenti Nikolas Maduro arvadı Siliya ilə məşhur türk qəssabı Nüsrət Gökçənin restoranında yemək yeyiblər.

Sfera.az xəbər verir ki, Nüsrət Maduro ilə çəkdiyi videonu sosial şəbəkə səhifəsində paylaşıb. Videonun birində Gökçə Maduro və arvadına yemək servisi edir, digər videoda isə Maduro üstündə adı yazılmış qutudan götürdüyü siqarı çəkir.

Nüsrətin restoranında yemək yediyini təsdiqləyən Maduro Venesuela dövlət televiziyasına bu sözləri deyib:

“Nüsrət şəxsən yanımıza gəldi. Söhbət etdik və xoş zaman keçirdik. Özü bir neçə dəfə mənə Venesuelanı çox sevdiyini dedi”.

Ancaq müxalifət Maduronun Nüsrətin restoranında nahar etməsinə sərt reaksiya verib. Venesuela Konqresinin sabiq sədri, müxalifət lideri Xulio Borxes “Twitter” səhifəsində etirazını belə bildirib:

“Venesuelalılar əzab çəkərkən və aclıqdan ölərkən Nikolas Maduro və Silita Venesuela xalqından oğurladıqları pullarla dünyanın ən bahalı restoranlarının birində kef çəkirlər”.

Etirazlardan sonra videonu silən Nüsrət Gökçə izləyiciləri “Videonu silə bilərsən, amma bu kadrları Venesuela xalqının qəlbindən silə bilməzsən” tənqidi yazıb.

Qeyd edək ki, Venesuela dərin iqtisadi böhran keçirir. Böhran üzündən 2 milyon nəfər ölkədən getməyə məcbur olub. Əhali qida, səhiyyə xidməti əldə etməkdə çətinlik çəkir.