backend

Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı















Rusiya prezidenti Vladimir Putin Suriyada İl-20 təyyarəsinin vurulmasının səbəbini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti zamanı hadisənin təhlükəli insidentlərin qarşısının alınmasına dair Rusiya-İsrail anlaşmalarına riayət olunmaması səbəbindən baş verdiyini bildirib.

Rusiya prezidenti İsrail tərəfini gələcəkdə bu cür hallara yol verməməyə çağırıb.

Qeyd edək ki, İl-20 Suriya Hava-Hücumundan Müdafiə qüvvələrinin açdığı atəş nəticəsində məhv edilib.