backend

Məşhur analitik Putinin hədəflərini AÇIQLADI: “Avropa hədəfdədir”

Məşhur analitik Putinin hədəflərini AÇIQLADI: “Avropa hədəfdədir”














“Putinin strateji hədəfi Avropanı qorxutmaqdır. Putin bu təhdid yolu ilə Avropanı parçalamaq istəyir. O həmçinin Avropanı Amerikadan ayırmaq istəyir”.

Bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri ( Cimmi Karter administrasiyasında-red), məşhur politoloq Zbiqnev Bjezinski deyib.
O, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində aparılan siyasi diskussiyalarda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinin strateji hədəfləri barədə mövqeyini bildirib.
Ekspertin sözlərinə görə Rusiya strateqlerinin fəaliyyəti hansısa məqamda NATO alyansını özünəməxsus şəkildə iflic etməyə yönəlib.
Analitik hesab edir ki, bu mənada Rusiya hökuməti Kremlin təsirləri ilə bütün rusları bir bayraq altına birləşdirmək istəyir:
“Burada söhbət təkcə etnik ruslardan getmir, həm də rusdilli adlandırılan həmyerlilərdən gedir. Bu kontekstdə, Kreml Estoniyadakı və Latviyadakı rusdilli əhalidən də əl çəkmir”.
Zbiqnev Bjezinski Rusiyanın hazırkı Ukrayna siyasətini də təhlil edib. Onun fikrincə, Rusiyanın belə vəziyyətədki niyyəti Ukraynada daxili müstəqilliyin saxlanılmasına mane olacaq.

Siyasi təhlilçinin qənaətinə görə, Ukraynadakı böhran sosial sarsıntı və iqtisadi problemlərlə assosiasiya olunacağı təqdirdə, Ukraynanın Qərbə ehtiyacı artacaq: “Belə məqamda əlavə gərginlik atmosferi yaranacaq. Biz Ukraynanın Avropaya yaxınlaşmaq cəhdlərini dəstəkləyirik. Lakin görünür ki, perspektivdə Avropa Birliyi Ukraynanın üzvlüyü haqqında danışıqlara getmək məcburiyyətində deyil.
Bu isə Rusiyadan gələn təhlükəni gücləndirir. Qərb Ukraynaya silah verərək münaqişənin alovlanmasına imkan verilməməsinə qərar verib. Bu, Rusiyaya anlamağa imkan verir ki, onun Ukrayna ilə əldə etdiyi razılıqlara əməl olunmasa, Qərbdə seçim qalmayacaq və silahların çatdırılmaması haqqındakı qərar dəyişdiriləcək”,-deyə politoloq qeyd edib.