backend

İmam məsciddə qadınla yaxalandı: “Burada necə namaz qılacağıq?!” – ŞOK

İmam məsciddə qadınla yaxalandı: “Burada necə namaz qılacağıq?!” – ŞOK















Türkiyədə məscid imamının hərəkəti dindar kəsimi özündən çıxarıb.

Manisa şəhərində din xadiminin otağında qadınla yaxalanması aranı qarışdırıb. Belə ki, Eyub Ö. adlı imam günorta namazından və dindarların məscidi tərk etməsindən sonra suriyalı qadını yanına gətirib. Bundan xəbər tutan bir neçə nəfər polisə məlumat verib.

Əraziyə xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Məscidin qapılarını bağlayan imam 40 dəqiqə boyunca bayıra çıxmayıb.

Polisin tələbindən sonra suriyalı qadın qapını açaraq “çox yorulmuşuq, təmizliklə məşğul idik” deyib. Türkiyə mediası yazır ki, onun ardınca çıxan Eyub Ö. təlaş içində olub. Polis şöbəsinə aparılandan sonra onlardan izahat alınıb və sərbəst buraxılıblar.

Evli və iki uşaq atası olan imamın daha öncə də yardım bəhanəsi ilə bir neçə suriyalı ailəli qadınların evinə getdiyi bildirilir.

Baş verənlərdən sonra camaat namazı zamanı öndə dayanan Eyub Ö.-yə dindarlar sərt reaksiya verib. Nəticədə din xadimi namazı saxlayaraq, məscidi tərk etmək məcburiyyətində qalıb. Narazı inanclılar “bundan sonra burada necə namaz qılacağıq?” deyərək ibadət evinin görüş yerinə çevrildiyini dilə gətirərək qəzəblərini ifadə ediblər.

Hadisə ilə əlaqədar ərazi üzrə Dini İdarə məscid imamını vəzifəsindən müvəqqəti uzaqlaşdırıb və araşdırma aparır.