backend

Göyçayda cinayət: Əsgər atası qətlə yetirilib

Göyçayda cinayət: Əsgər atası qətlə yetirilib






















Əkbərovun səsinə qonşu kafenin işçiləri gəlib.

Noyabr ayının 18-də Azərbaycanın Göyçay rayonunun Qarabakal kəndində qətl hadisəsi törədilib.

Cinayət 1983-cü il təvəllüdlü Quliyev Ceyhun Atamoğlan oğluna mənsub kafedə baş verib.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Göyçay rayon Polis İdarəsindən bildiriblər.

Quliyev öz həmkəndlisi 1968-ci il təvəllüdlü Əkbərov Mətləb Azər oğluna qarın nahiyəsindən bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. İstintaq zamanı aydın olub ki, Quliyev və Əkbərov da daxil olmaqla dörd nəfər kafedə masa arxasına oturublar. Quliyev gələnlər ilə bərabər yeyib içib.

İçki qəbul edəndən sonra kişilər mübahisəyə başlayıblar. Beləliklə, Quliyev və Əkbərov arasında münaqişə başlayıb, bu isə sonda Quliyevin stolun üstündəki bıçağı götürüb Əkbərova zərbə yetirməsi ilə nəticələnib.

Quliyev qaçıb, Əkbərovun səsinə isə hadisə yerindən 15 metr uzaqlıqda olan qonşu kafenin işçiləri gəlib. Əkbərovu rayon mərkəzi xəstəxanasına aparana qədər, yolda çoxlu qan itirdiyi üçün vəfat edib.

Quliyev isə onu polisin axtardığını bilib, təslim olub.

Xəbər verildiyi kimi, qətlə yetirilən şəxsin yeganə oğlu hal-hazırda hərbi xidmətdədir.