backend

Bakının yeni polis rəisindən yeni təyinat

Bakının yeni polis rəisindən yeni təyinat






















Mirqafar Seyidov əmr imzalayıb.

Azərbaycanın Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.

qaynarxett.az xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb.

O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.