backend

SON DƏQİQƏ – Bakıda yeni tikili çökdü (VİDEO) (Yeniləndi)

SON DƏQİQƏ – Bakıda yeni tikili çökdü (VİDEO) (Yeniləndi)













Bakıda tikilməkdə olan yaşayış binası çöküb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında baş verib.

Əlavə məlumat öyrənməyə çalışırıq.

****

Xətai rayon icra hakimiyyətinin ictimaiətlə əlaqələr şöbəsinin rəhbəri Pənah İmanov minval.info saytına iddia ilə bağlı açıqlama verib. P.İmanov bildirib ki, həmin bina qanuni əsaslarla sökülür: “O bina çökməyib. Həmin binanın sökülməsi ilə bağlı qərar verilib. Hazırda buna əməl edilir və bina təhlükəsiz şəkildə sökülür. Sadəcə, yaranan görüntü insanları çaşdıra bilər”.