backend

Səudiyyənin İstanbuldakı baş konsulu vəzifəsindən azad edildi

Səudiyyənin İstanbuldakı baş konsulu vəzifəsindən azad edildi














Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Səudiyyə mediasına istinadən məlumat yayıb.

Dünən gözlənilmədən ölkəsinə dönən Məhəmməd əl Uteybi haqqında istintaq başladıldığı açıqlanıb.

Qeyd edək ki, jurnalist Camal Kaşıkçı İstanbul konsulluğuna getdikdən sonra yoxa çıxıb. Xarici mətbuat jurnalistin baş konsulun gözləri qarşısında qətlə yetirildiyini yazır.