backend

Elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi














Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edib.
"Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərara alır:
3.2-ci bəndin ikinci cümləsində “layihə və tələb olunan həcmdə texniki təhviltəslim sənədlərini” sözləri “bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilsin; aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin: “Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir: enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı”.