backend

Bakıda Qız qalasının yanında 13 yaşlı qızı zorlayıblar

Bakıda Qız qalasının yanında 13 yaşlı qızı zorlayıblar






















Qızın anası polisə müraciət edib.

Bakının Səbail rayonunda zorlanma hadisəsi baş verib, bu dəhşətli hadisənin qurbanı isə azyaşlı qız olub.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Səbail rayon Polis İdarəsində bildiriblər.

Noyabrın 19-da 35 yaşlı qadın polisə müraciət edərək bildirib ki, oktyabrın 20-də axşam saat 20.00-da Qız qalası yaxınlığında onun 13 yaşlı qızı Rəhimə Bəşirova (ad etik normalara görə dəyişdirilib) təcavüzə məruz qalıb.

Qadın qızına təcavüz edənin adını bilmir. Onun sözlərinə görə, qızı təcavüzə məruz qaldığını gec deyib.

Hal-hazırda polislər təcavüzkar uşaqbazın kimliyini aşkar etməklə məşğuldurlar.

Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır.