backend

Bakıda yol bağlanır – XƏBƏRDARLIQ

Bakıda yol bağlanır – XƏBƏRDARLIQ






















Bu gün saat 11:00-dan etibarən.

Bu gün yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə saat 11:00-dan etibarən Sabunçu rayonu Bəşir Bünyadov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən bildiriblər.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sürücülərə alternativ yol qismində Elşən Mehdiyev küçəsi təklif olunur.