backend

Tramp Ərdoğana irad tutdu

Tramp Ərdoğana irad tutdu














Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının qətlini olduqca sərt şəkildə şərh edib.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O həmçinin Ər-Riyadın hadisəyə reaksiyasına münasibət bildirərək Səudiyyə Ərəbistanı hakimiyyətinin izahatlarını tarixdə ən pis özünümüdafiə adlandırıb.

Tramp bildirib ki, Ərdoğanla razılaşmaqdan öncə jurnalistin ölümü ilə bağlı daha dolğun məlumat almaq istəyərdi. O qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin hadisə ilə bağlı araşdırma barədə hesabatı tezliklə hazır olacaq.