backend

YAP-çı Zahid Oruca və rektora yazdı: "Bu maaşla uşağın təhsil haqqını necə verim?"

YAP-çı Zahid Oruca və rektora yazdı: "Bu maaşla uşağın təhsil haqqını necə verim?"














Bakının Nəsimi rayonu, Salatın Əsgərova 157, mənzil 17 ünvanında yaşayan Zahir Məmmədov Tahir oğlu deputat Zahid Oruca müraciət edib

Vətəndaş dövlət işi tapa bilmədiyi üçün özəl sektorda mühafizəçi vəzifəsində çalışdığını və cəmi 450 manat maaş aldığını bildirib.

Onun sözlərinə görə, 1197-ci ildən YAP üzvüdür, ailəlidir, bir övladı var. Və hazırda Bakı Slavyan Universitetində təhsil alır, illik təhsil haqqı 1800 manatdır.

O deputatdan övladının təhsil haqqına köməklik göstərilməsini xahiş edib: "Ailə xərclərini, gündəlik dolanışığı, kommunal ödənişləri nəzərə alsaq 450 manatla yaşamaq olmaz. Mən uşağın təhsil haqqını necə ödəyim?

Mən hörmətli Zahid Orucdan xahiş edirəm ki, övladımın təhsili, gələcək karyerası, bu ölkəyə bir kadr kimi yetişməsi üçün təhsil haqqının ödənilməsində köməklik göstərilsin”.

T.Məmmədov BSU-nin rektoru Nurlana Əliyevaya da üz tutub. O, rektordan övladının təhsilinin haqqını ödəmək üçün güzəşt olunmasını, möhlkət verilməsini xahiş edib.

“Mən dövlətə bağlı, ulu öndərin siyasətini dəstəkləyən bir vətəndaşam. YAP-ın Saatlı təşkilatının gənclər birliyinə üzv olmuşam. Ancaq dövlət işi ilə təmin olunmamışam ki, ailəmi dolandırım, uşağın təhsil haqqını özüm verim.

Mən xahiş edirəm ki, deputat Zahid Oruc bir millət vəkili kimi vətəndaşın probleminə laqeyd qalmasın, yuxarı instansiyalara çatdırsın, əzizinin bir problemi kimi məsələyə yanaşsın”.

Təbiət elmləri üzrə ixtisaslaşanların 70-80 faizi işsizdir. Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetində öyrədilən ixtisaslara yiyələnənlərin 70-80 faizi əmək bazarının tələbatına uyğun gəlmir.

Beləcə, dövlətin və vətəndaşın ödədiyi təhsilhaqqı boşa gedir. Yaxud götürək müəllim ixtisasını. Bu qədər müəllimin diplomu əlində qalıbsa, hər il yenə nə qədər müəllim hazırlamağın nə mənası var.

Dünya universitetləri artıq təkcə keyfiyyətli təhsil və yaxşı mütəxəssis hazırlamaq uğrunda yarışmır, çünki tələbələr universitet seçərkən, məzunların iş tapma əmsalına da önəm verirlər.

Daha yaxşı vəzifə, daha çox maaş qazandıran universitetlər seçimdə önə çıxır. Məsələn, qonşu Türkiyədə də universitetlərarası rəqabətdə məzunların iş tapıb-tapmaması ayrıca rol oynayır.

Türkiyənin özəl Bahçeşehir Universitetinin professoru Nilufer Narlının sözlərinə görə, onların əsas hədəfi əmək bazarına uyğun mütəxəssis hazırlamaqdır. Əlaqə nömrəsi: 012 597 46 81, (055) 935 80 54