Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır - İDDİA

gundem / Bolge 24-10-2018, 12:00
Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır - İDDİA














"Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır". Bu iddia dia.az-a Qazaxdan daxil olan müraciətdə yer alıb

Müraciət müəllifləri yazırlar ki, bu günlərdə rayon əraizisində yeni uşaq bağçası açılacaq. dia.az-a yazırlar:

"İcra başçısı adından bəri başdan pul yığılır. Kim orada işləmək istəyirsə, haqqını verməlidir. Hətta xadimə kimi işə düzəlmək istəyənlər də pul verir".

Narazı sakinlər yazır ki, ümumiyyətlə son həftə ərzində Qazaxda yerləşən uşaq bağçalarında icra başçısı adından pul yığımı kampaniyasına başlanılıb.

"Təbii ki, bu pullar da uşaqlara ya dövlətin ayırdığı vəsaitdən, ya da valideynlərin cibindən tutulur. Görünür, Rəcəb Babaşov cənablarının uşaqların boğazına şərik olması ehtiyacı yaranıb".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Oxunub: 264
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10