backend

Saatlıda idarə müdiri mühafizəçi ilə gəzir

Saatlıda idarə müdiri mühafizəçi ilə gəzir


















Saatlıda idarə müdirlərindən daha biri mühafizəçi ilə gəzir

Rayon maliyyə idarəsinin müdiri Namiq Bağırovdan sonra, ikinci mühafizəçi ordusuna məxsus məmur Suvarma Sistemləri İdarəsinin rəhbəri Tahir Rzayevdir.

Məlumatda deyilir ki, Rzayevin bir neçə mühafizəçisi var və onlar gün ərzində idarənin qarşısından ta onun iş otağının qapısına qədər sıraya düzülürlər. Qapalı rejimdə işləyən və qəbuluna düşülməsi mümkün olmayan bu şəxsin rayonda ad çıxardığı da deyilir. Əkin sahələrinin su üzünə həsrət qaldığı Saatlıda Rzayevdən su istənilməsi hələ ki, kimsəyə müəyəssər olmayıb.

O da qeyd olunur ki, bu mühafizəçiləri idarə müdiri rəhbəri olduğu qurumun işçiləri kimi sənədləşdirib. Onların vəzifəsi təkcə müdiri qorumaq yox, həm də qəbula gələnləri sorğu-suala tutmaq və təftiş etməkdir.

Onu da nəzərinizə çatdırım ki, Saatlıda Tahir Rzayevə kəndlilərə qan udduran məmur adı veriblər. Səbəbi də budur ki, onu imkanlı kənd adamı maraqlandırı. Yerdə qalanlar ayağına düşsələr belə, vecinə də almır. Hər il büdcədən külli miqdarda pulun ayrılmasına baxmayaraq, sözügedən idarənin balansında olan su kanalları tamamilə yarasız hala düşüb. İdarənin nəzdində olan maşın və texnikalara gəldikdə isə onlar ayrı-ayrı şəxslərə icarəyə verilib.

Məlumatda o da vurğulanır ki, hər kvartalda sözügedən idarəyə tonlarla yanacaq və sürtgü yağları verilsə də, bunun hara sərf olunduğun Tahir Rzayev və yaxın çevrəsindən savayı kimsə bilmir. Qeyd olunur ki, Bakıda və Saatlıda xeyli sayda biznes sahələri olan idarə müdirini daha çox öz işləri maraqlandırır. O səbəbdən də rayondakı əkin sahələri susuzluqdan əziyyət çəksə də, bu işə əncam çəkmir.

Bu əsnada o da deyilir ki, Tahir Rzayev nadir hallarda işə çıxır. Onu daha çox Bakıda görmək mümkündür. Əsasən də istirahətlə məşğuldur. Səd afərin Tahir bəy!