backend

Federasiyadan milli üzvünün qızlarla fotolarına — MÜNASİBƏT

Federasiyadan milli üzvünün qızlarla fotolarına — MÜNASİBƏT














Boks millimizin üzvü Lorenso Sotomayorun qızlarla şəkilləri yayıldıqdan sonra Azərbaycan Boks Federasiyası məsələyə münasibət bildirib.

Oxu.az federasiyanın mövqeyini təqdim edir:

“Lorenso Sotomayor hazırda yığmada məşq edir. Çəkisini qaldırıb və qarşıdakı yarışlara 69 kq-da çıxacaq. Bütün mütəxəssislər onun bu çəki dərəcəsində nəinki Azərbaycanda, dünyada bir nömrə olduğunu deyirlər. Gündə iki dəfə məşq edir, çox yaxşı formadadır.

Boksçumuzun hansı formada olması da az öncə Ukraynada keçirilmiş klub turnirində özünü göstərdi. Bütün rəqibləri üzərində inamlı qələbə qazandı.

Ümid edirik ki, Lorenso Sotomayor 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcək. Bu məsələlərin də hamısı böhtan xarakterlidir. Əgər kimdəsə tutarlı fakt varsa, onu federasiyaya təqdim etsin, özümüz onun haqqında tədbir görək”.

Yeri gəlmişkən, idmançının özü də bu barədə danışıb və şəkillərin keçmişdə çəkildiyini deməklə kifayətlənib.

Federasiyadan milli üzvünün qızlarla fotolarına — MÜNASİBƏT