backend

Erməniyə uduzan güləşçimiz dəliyə döndü – VİDEO

Erməniyə uduzan güləşçimiz dəliyə döndü – VİDEO



Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Publika.az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.

Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.

Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.

Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) isə bu gün bürünc medal uğrunda erməni güləşçiylə qarşılaşıb və ona məğlub olaraq dünya 5-cisi olub.

67 kq-da yarışan Kamran Məmmədov da təsəlliverici görüşə çıxıb. Fransalı güləşçiylə qarşılaşmanın son dəqiqəsinədək 3:1 öndə olan Məmmədov sonda mübarizəni dayandırıb və 7-ci yeri tutub.

67 kq
Təsəlliverici görüş – Kamran Məmmədov – Mamadassa Silla (FRA) 3:4

77 kq

1/16 final – Elvin Mürsəliyev – İvan Nilipiuk (POL) 9:0

1/8 final – Elvin Mürsəliyev – Kamal Amir Bey (USA) 6:2

1/4 final – Elvin Mürsəliyev – Aleksandr Çekirkin (RUS) 0:3

Təsəlliverici görüş – Elvin Mürsəliyev

87 kq
Bürünc medal görüşü – İslam Abbasov – Artur Şahinyan (ARM) 1:6

97 kq

1/16 final – Orxan Nuriyev – Melonin Numonvi (FRA) 0:4

130 kq

Təsnifat – Sabah Şəriəti – Aleksandr Çernetski (UKR) 2:5