backend

Qərb, “İŞİD” və Türk Birliyi

Qərb, “İŞİD” və Türk Birliyi
Doç., Dr. Faiq Ələkbərov

Qərb, “İŞİD” və Türk Birliyi
























Bu gün Yaxın Şərqdə, o cümlədən Suriya və İraqda baş verən olayların kökü, müharibə ocaqlarının qaynağı 20-ci əsrə, hətta ondan da bir qədər keçmişə gedib çıxır

Çünki Yaxın Şərq dünyada mövcud olan güclər üçün bir təhlükə mənbəyidir. Bu “təhlükə” heç də dünyanı məhv edəcək nüvə başlıqlarına sahib hər hansı bir Yaxın Şərq dövlətinin ortaya çıxması ilə bağlı deyildir. Əsas “təhlükə” dünyada alternativsiz olan Qərb dünyası, o cümlədən xristian aləmi üçün yeni bir güc mərkəzinin formalaşa bilməsidir. Əslində Qərbdə-Avropada Çin və Rusiyadan bir o qədər də narahat deyillər, nəinki Yaxın Şərqdəki dövlətlərdən birinin, yaxud da bir neçəsinin yeni güc mərkəzinə çevrilməsindən. Ona görə də, Yaxın Şərq bir əsrdən çoxdur ki, müharibə meydanından qurtula bilmir. Yaxın zamanlarda da Yaxın Şərq ölkələrinin, o cümlədən İran, Türkiyə, Suriya, Misir və İraqın sabitliyə doğru inkişafına imkan verilməyəcəkdir. Özəlliklə, bu bölgənin üç əsas millətinin – türklərin, ərəblərin və farsların bir araya gəlməsi Avropa Birliyi və İngilis-Amerika birliyi üçün əlverişsizdir. Heç bunu bu bölgədə ABŞ-la maraqları toqquşmasına baxmayaraq Rusiya da arzulamır. Çünki keçmişə, ən azı bir-iki əsr bundan əvvəlki dönəmlərə baxanda görürük ki, bu üç millət nisbətən normal münasibətlər içində yaşayıb, hər hansı imperiyanın tərkibində (Osmanlı, Səfəvi) olarkən Avropa və Rusiya onlarla hesablaşmaq məcburiyyətində olublar. Amma Səfəvi və Osmanlının çöküşündən sonra artıq burada əsas gücü ABŞ, Avropa dövlətləri və Rusiya oynamaqdadır. Bu günə qədər heç nə dəyişməmiş, əvəzində İsrail də Yaxın Şərqdə yeni bir güc kimi özünü göstərməyə başlamışdır. Əgər nəzərə alsaq ki, sonuncu dəfə kənar güclərə qarşı mərkəzi rolu türklər oynamışdır, həmin qüvvələr türkləri zəiflətmək üçün farslar və ərəblərdən maksimum istifadə etmişlərdir. Bu gün də Rusiya “fars faktoru”ndan, AB və ABŞ isə “ərəb məsələsi”ndən istifadə edirlər. Üstəlik “kürd problemi”, “erməni problemi” də son bir əsrdir türklüyə qarşı yönəlmişdir. Bütün bunlara səbəb də odur ki, ABŞ, Avropa dövlətləri və Rusiya hesab edir ki, Yaxın Şərqdə yalnız türklər, özəlliklə Türk dünyasının ən güclü dövləti Türkiyə itirilmiş mövqeyini bərpa etmək gücündədir. Bunun baş verməməsi üçün Türkiyə “kürd problemi”və “erməni problemi” ilə üz-üzə qoyulmuş, hətta Yaxın Şərqdə yeni iç savaş ocağı kimi bu qardaş ölkə hədəf alınmışdır. Əslində Suriyada və İraqdakı iç savaşların bitməz duruma gəlməsində ən çox maraqlı olan kənar dövlətlərdir. Məqsəd Türkiyəni həm kənardan, həm də içdən qorxu altda saxlamaqdır. Maraqlıdır ki, bugünkü ərəb dövlətləri Yaxın Şərqdə kənar qüvvələrin hökmranlığını birmənalı şəkildə qəbul ediblər. Bunu, Misir də hakimiyyətə gələn “müsəlman qardaşları”nın devrilməsi olayları da açıq şəkildə ortaya qoydu. Bu baxımdan kənar qüvvələr üçün ərəblər təhlükəli deyildir. Bunu, farslar haqqında da demək olar. Baxmayaraq ki, farslar 30 ildən yuxarıdır Qərblə ziddiyyət içindədir, amma onlar üçün yaxın zamanda İranın bir güc mərkəzi olması inamı çox azdır. Deməli, Yaxın Şərqdə yeni gücə çevirilə biləcək yeganı qüvvə türklərdir. Ona görə də, türklərə qarşı bu bölgədə kənar qüvvələrin və bəzi iç qüvvələrin iş birliyi açlq şəkildə özünü büruzə verməkdədir. Hər halda, Suriyanın ardınca, İraqda da ən çox kütləvi qırğınlara türklərin məruz qalması heç kəsə sirr deyildir...

Son zamanlarda ABŞ bu bölgədə daha aktiv oldugu üçün əsas təşkilatçı rolunda görülür. Amma ABŞ-ın təkbaşına hərəkət etməsi inandırıcı deyildir. Zatən bu günə qədər ABŞ istər Yaxın Şərqdə, istərsə də digər bölgələrdə hərbi əməliyyatlar keçirəndə “beynəlxlaq dəstək”lə hərəkət etmişdir. Bu baxımdan İŞİD-in meydana çıxmasında və qısa müddətdə böyük “ugurlar” əldə etməsində yalnız ABŞ deyil, başqa qüvvələr də maraqlıdır. Görünən odur ki, həmin qüvvələr öz aralarında İŞİD-lə bağlı əvvəlcədən müəyyən razılığa gəliblər. İŞİD-in “uğur” qazanmasına şərait yaradanların məqsədi özlərini Yaxın Şərqin qarantçısı kimi saxlamaqdır. Yəni demək istəyirlər ki, “dünənə qədər bizi bəyənmirdiniz, terrordan şikayət edirdniz. İndi, buyurun İŞİD-ə qarşı müqavimət göstərin”. Bu o anlama gəlir ki, ABŞ və AB olmadan Yaxın Şərqdə artıq elə bir qüvvə yoxdur, onları durdura bilsin. Üstəlik, İŞİD kimi terror təşkilatı müstəqil dövlətlərə qarşı hədyanlarla da çıxış edir ki, bu da planlı şəkildə baş verir. Belə bir durumda kimin layihəsi olmasından asılı olmayaraq, İŞİD-ə öz yerinin göstərilməməsi çox düşündürücüdür. Görünür, İŞİD-in sıradan bir terror təşkilatı olmaması yalnız onu dəstəkləyənlərə deyil, digərlərinə də məlumdur. Ola bilər ki, əvvəlcə tamam başqa məqsədlə yaradılmış İŞİD (məsələ Suriyada Bəşər Əsədi devirmək üçün), sonra təyinatını dəyişmişdir, yaxud da dəyişdirilmişdir. Burada görünən odur ki, özəlliklə İŞİD-in İraqdakı türklərə qarşı soyqırımlar etməsi Türkiyə üçün göznəlilməz olmuşdur. Bu mənada, ABŞ-ın və onun müttəfiqlərinin İŞİD-lə baglı mövqeləri ilk baxışda birmənalı görünsə də, bu formal xarakter daşıyır. Hətta, İŞİD-lə bağlı ABŞ-ın İranla bir cəbhədə döyüşə biləcəyi ilə bağlı səslənən fikirlər də təsadifi deyildir. Burada bizim bilmədiyimiz başqa maraqlar da ola bilər. Məsələ, ola bilər ki, ABŞ və İran “İŞİD məsələsindən” istifadə edərək ikitərəfli münasibətləri daha da yaxşlaşdırsınlar.
Məncə, İŞİD-i İraqda iç savaşa yönəldənlərin əsas məqəsdlərindədn biri də bu terror təşkilatına qarşı hansı dövlətin və yaxud da dövlətlərin çıxmasıdır. Bir növ “İŞİD məsələsi” testdir. Bu testi edənlər “İŞİD məsələsi” ilə yoxlamaq istəyirlər ki, bu problemi kim həll edəcək: yenə də ABŞ və AB mərkəzli köhnə “Qərb qüvvəsi”, yoxsa hər hansı yeni bölgəsəl bir dövlət, yaxud da bir neçə dövlət birliyi, məsələn qeyd etdiyiniz Birləşmiş İslam Ordusu kimi. Amma burada əsas problem İŞİD-ə qarşı belə bir dövlətin, yaxud da dövlətlərin meydana hansı şəkildə çıxmasıdır. Deməli, İŞİD-ə qarşı birləşmə ya “Qərb qüvvəsi” şəklində, ya da Birləşmiş İslam Ordusu və ya da ona oxşar ikinci alternativ formada ola bilər. Sözün açığı, Birləşmiş İslam Ordusunun yaranması inandırıcı deyildir. ən yaxşı halda, yenə də “Qərb qüvvəsi”nin dəsətəyi ilə nə isə buna oxşar bir şey yarana bilər. Amma bunun özü çox az inandırıcıdır. Çünki bu gün etiraf etmliyiik ki, hər şey Qərbin-Amerikanın diktəsi ilə baş verir. Hətta, bu o dərəcədədir ki, terror təşkilatları da (əvvəlcə başqa istək görüntüsünü də nəzərə alsaq), antiteror təşkilatları da “Qərb qüvvəsi”nin nəzarəti altındadır.
Bütün hallarda İŞİD “başbilənlər”inin bir yandan İraqda türklərə qarşı kütləvi qətliam hayata keçirmələri, digər tərəfdən müstəqil iki türk dövlətinə - Azərbaycan və Türkiyəyə hədyan dolu bəyanatlar vermələri təsadüfi sayıla bilməz. Bu onu göstərir ki, türklüyün yenidən dirçəlişini həzm etməyən kifayət qədər bölgəsəl və “beynəlxalq” qüvvələr vardır. Bunların kimliyi o qədər dəqiqdir ki, geniş izahaya ehtiyac yoxdur. Hətta, onların arasında Türkiyə ilə NATO-da əməkdaşlıq edən ölkələr də kifayət qədərdir. Amma onlar türklüyə, o cümlədən Türkiyəyə qarşı açıq savaş aça bilmədiyi üçün İŞİD, PKK, ASALA və bu kimi terror təşkilatlarından istifadə edirlər. Türk dövlətləri arasından özəlliklə, Türkiyənin hədəf alınması başa düşüləndir. Çünki digər türk dövlətləri onun güclənməsi ilə Türk Birliyini daha real sayırlar. Ancaq Türkiyə İŞİD, PKK kimi terror təşkilatlarını məhv etmək əvəzinə onlarla ya danışıqlar aparırsa, ya da gözləmə mövqeyi tutursa, bu Türkiyənin nüfuzunu gücləndirmir. Təbii ki, bundan da daha çox təsirlənən Azərbaycan olur. Əslində İŞİD kimi terror təşkilatların bəyanatları ilk növbədə psixoloji təzyiqdir ki, Türkiyə və Azərbaycan cəmiyyətində buna qarşı sözdə reaksiya müəyyən qədər olsa da, istənilən səviyyədə deyildir. Məsələ, Azərbaycan və Türkiyənin əməldə ortaq bəyanatı yoxdur. Əgər heç olmasa, hər iki dövlət İŞİD-ə qarşı ortaq bir bəyanat belə versəydi, bu türklüyü daha da gücləndirmiş, İraq türklərini də az da olsa, qorumuş olardı. Baxmayaraq ki, Azərbaycanda İraq türklərini daha doğma sayanlar çoxdur. Amma Azərbaycanın İraq türkləri ilə bağlı İŞİD-ə qarşı kəskin mövqeyi yoxdur, eləcə də Türkiyənin. Hesab edirəm ki, ən azı İŞİD-in İraq türklərini qətliamı ilə baglı Türkiyə və Azərbaycan bir araya gəlib, ortaq mövqe sərgiləməlidir. Onlara Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da qoşulmalıdır. Bir növ Türk Birliyi indiki anda varlıgını ortaya qoymalıdır.