backend

Avropa ölkəsində dini təhqirə icazə verildi

Avropa ölkəsində dini təhqirə icazə verildi














İrlandiyada dini təhqirə icazə veriləcək.

Qaynarinfo xəbər verir ki, keçirilən referendumda ölkə əhalisinin 65%-i din, Tanrı və dini dəyərlərə təhqir kimi qəbul edilən ifadələrin istifadəsini qadağan edən qanunun ləğvinə “Hə” cavabını verib. İngilis TV aparıcısı Stiven Fray 2015-ci ildə İrlandiyada iştirak etdiyi proqramda “Tanrı axmaqdır, ona uşaqlarda daha çox rast gəlinən ilik xərçəngi ilə əlaqəsinin nə olduğunu soruşmaq istərdim. Belə qəddar və ədalətsiz dünya üçün Tanrıya şükür edəcəyik?!” fikirlərini səsləndirmiş və onun barəsində istintaq prosesinə başlanılmışdı.

Qeyd edək ki, 1937-ci ildə qəbul edilən qanuna 2009-cu ildə müəyyən düzəlişlər edilmişdi. Təhqirə yol verən şəxsləri 25 min avro pul cəzası gözləyirdi.